QAFQAZDA QƏDİM ŞƏHƏR - ŞƏKİ

Şəki şəhəri Bakıdan 380 km aralıda, Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Şəki mənzərəli dağ rayonunda, dar dərələr, yaşıl vadilərin, çoxlu bulaq, tərtəmiz çay, şəlalə və mineral su mənbələri ilə bol, sız meşələr və alp çəmənliklərinin əhatəsində yerləşir. Şəkinin yaxınlığında - ölkənin ən mənzərəli və gözəl qüşələrindən birində sağlamlıq kurortu olan Marxal yerləşir.
Arxeoloji məlumatlar şəhərin Qafqazda ən qədim məkanlardan biri olduğunu sübut edir, onun ərazisində aşkarlanan tapıntılar şəhərin yaşının 2500 ildən artıq olduğunu göstərir.
Şəhərdə bir sıra tarixi və memarlıq abidələri çox olsa da, Şəkinin qürur mənbəyi bircə mısmardan (!) belə istifadə edilmədən XVIII əsrdə inşa edilən, istinadgahında təmtəraqlı divar naxışları və incə pəncərələri ilə bəzədilmiş Şəki xanlarının Şah sarayıdır. Şəhərdən bir qədər aralıda yerləşən Gələrsən-Görərsən (VIII-IX əsr) qalası, çoxsaylı karvan saraylar, Şəkixanovların evi, Cümə məscidi (XVIII əsr), Gileyli məscidinin minarəsi (XVIII əsr), orta əsrlərə aid hamamlar maraq doğurur.
Şəki - iri sənətkarlıq mərkəzidir. Burada yerli ustaların əl işi olan zinyət və oyma əşyaları əldə etmək mümkündür. Şəkidə yerli teatr, tarix muzeyi, Azərbaycanın məhşur yazıçı və filosofu olan Mirzə Fətəli Axundovun ev muzeyi var.
Şəkinin ətrafında da bir sıra unikal tarixi abidələr qorunub saxlanıb. Qutqaşında yerləşən «Günbəzi» (XVIII əsr) qalası, İlisuda yerləşən Sumuq qalası və məscid (XVIII əsr), Kiş qalası və mavzoleyi, Orta Zəyziddə yerləşən Yuxarı Çardaqlar qalası və məbədi, Babaratmadakı pir, Qaxdakı (XVI əsr) qala, Zaqatala yaxınlığındakı Şamil qalasının dağıntıları.

ŞƏKİ KARVAN SARAYLARI

Şəki qədimdən usta, sənətkar və tacirlərin şəhəri kimi tanınırdı. Bura Böyük İpək Yolunun hər tərəfindən tacir və alverçilər gəlirdi. Buna görə də karvan sarayların tikintisinə xüsusi diqqət ayrılırdı. Belə ki, XVIII - XIX əsrlərdə Şəkidə 5 iri karvan saray fəaliyyət göstərirdi. Bu günümüzə qədər onlardan yalnız ikisi gəlib çatıb: XVIII əsrdə inşa edilən Yuxarı və Aşağı karvan saray. Artıq o zamanlarda ustalar çalışırdı ki, sakinlərə layiqli xidmət göstərilsin. Karvan saraylar tacirlərin rahatlığı və mallarının təhlükəsziliyi üçün bütün lazimi şəraitlər yaradılıb. Şəki karvan saraylarında tacirlər öz mallarını zirzəmiyə yerləşdirir, birinci mərtəbədə satır, ikinci mərtəbədə isə yaşayırdılar.
Karvan sarayların miqyası barədə onların meydanları xəbər verir: Yuxarı -  6000 kv.m, Aşağı isə 8000 kv.m. Hündürlüyü 14 metrə yaxın. Hər bir karvan sarayda 200-dən artıq otaq olub. Adət üzrə karvan sarayları iki, bəzən isə dörd tərəfdən darvazaları olub. Onlar bağlananda, karvan saraylar yenilməz qalaya çevrilirdi.
Yuxarı karvan saray bu gün bilavasitə aidiyyəti üzrə, mehmana kompleksi qismində fəaliyyət göstərir.
Cümə Məscid
Cümə Məscidi (Xan məscidi) 1745-1750 illərdə, bazar meydanının yaxınlığında inşa edilib.Məscidin tam qarşısında kiçik qəbirstanlıq yerləşir. Burada Şəkinin hakimi ( XVIII əsr) olmuş Hacı Çələbi və onun yaxınları dəfn edilib. Bu məzarlar ərəb dilində oyma yazılar olan qünbəz və kitabələrlə bəzədilmişdir.
Məscidin özü, onun minarəsi və qədim qəbirstanlıq bu gün vacib tarixi abidə qismində dövlətin mühafizəsi altındadır.

GİLEYLİ MİNARƏSİ

Gileyli minarəsi XVI-XVII əsrlərə aid abidədir. Nə vaxtsa o şəhərdə məhşur olan Gileyli məscidinin bir hissəsi olub. Lakin, təəssüf ki, məscid ciddi zədələr alıb. Onun xatirəsinə bu gün dövlət mühafizəsi altında olan minarə qalır. Gileyli minarəsini (bişmiş kərpicdən inşa edilib) şəhərin Güləhli mahalında görmək mümkündür. Bu Şəki rayonu - Zaqatalada birinci və ən yüksək minarədir.

ƏNƏNƏVİ HAMAM

Şəkidə XIX əsrə aid yaxşı qalmış bir hamam var. O, ənənəvi hamam tikilisi şəklində inşa edilib: yəni biri soyunmaq, digəri isə bilavasitə yuyunmaq üçün nəzərdə tutulan, isidilən döşəməsi olan iki böyük zaldan ibarətdir.

YENİ ŞƏKİ QALASI

Şəki xanı olan Hacı Çələbi (1743-1755 ) hakimiyyəti dövründə şəhərin müdafiəsi üçün şimal-şərqdə qala inşa etdirir. Qala divarının ümumi uzunluğu təxminən 1300 metr, hündürlüyü isə cənubda 8, şimalda isə 4 metr olub. Divarların eni 2 metrdən çox olub. Divar boyunca 21 müdafiə qülləsi yerləşir. Şimal və cənubdan qala alaqapılı darvazalarla qapanırdı. Qalanın divar və qüllələri xeyli dağıdılmışdı. Lakin 1958-1963 illərdə təmir olunaraq, bərpa edilib.

BABARATMA PİRİ

Babaratma piri - Şəki şəhərinin yaxınlığında yerləşən kiçik mavzoleydir. O, Təzəkənd kəndinin yaxınlığında, köhnə qəbistanlığın ərazisində yerləşir. Zəvvarlar bu yerə böyük ehtiramla yanaşırlar. Hesab olunur ki, orada bir sıra xəstəlikdən şəfa tapmaq mümkündür. Pirin yaxınlığında kiçik məscid yerləşir.

SUMUQ QALA (İLİSU)

Yüksək dağlıq ərazisində yerləşən İlisu kəndində Şeyx Şamilin mərd silahdaşı olan İlisunun son sultanı Daniyal bəyin döyüş qüllələrindən biri - Sumuq qalası qalıb.
Rəvayətə görə bu dördbucaqlı qala xana xəyanət etmiş kənizlərinin edam yerində inşa edilib. Bundan sonra Sumuq Daniyal bəyin gözətçi qalalarından birinə çevrilir. Bir zamanlar bəy çar ordusunun zabiti olub. Lakin sonra o çara qarşı üsyan qaldırır və onun qatı düşməni olan Şeyx Şamilin tərəfinə keçərək, onun naibinə çevrilir. Lakin Şamil və onun naibləri ərazini qoruya bilmir. 1859-cu ilin avqustunda Daniyal bəyə məxsus son istehkam sırası təslim olur. Sumuq qalasını milyonlarla insan «Qorxma mən səninləyəm» filmi sayəsində tanıyır.

ŞƏKİ XANLARI SARAYI

Azərbaycanın XVIII əsrə aid ən görkəmli və dəyərli abidəsi - Şəki xanlarının Sarayıdır. O, 1761-62-ci illərdə, Hüseyn xan Müştaq (Hacı Çələbinin nəvəsi) yay iqamətgahı qismində inşa edilib. Gözəlliyinə görə tayı bərabəri olmayan sarayın bu ikimərtəbəli binası həm daxili, həm də xarici möhtəşəmliyi ilə göz oxşayır. Sarayın fasadı maraqlı həndəsi və nəbati naxışlar, ov və müharibə səhnələrinin süjetli rəsmləri ilə zəngin bəzədilmişdi. Mərkəzdə rəngarəng şüşə mozaikalı yumru vitarjlı pəncərə gözə çarpır.
(Maraqlı orasıdır ki, 1 kvadrat metrdə 5000 yaxın şüşə hissəsi düşür). Sarayın digər, daha kiçik pəncərələri həmçinin şüşə hissələrindən yığılıb və bəzəkli daş barmaqlılqlarla örtülür.
Sarayın inşası zamanı əsasən çiy kərpic, çay daşı, çinar və palıd istifadə edilmişdir.
Bununla belə tikinti zamanı nə mismarlardan, nə də yapışqandan istifadə edilməmişdir. Hər şey yalnız xüsusi məhlulla bərkidilib, məhlulun hazırlanma resepti isə əbədi itirilib.
Sarayda 6 otaq, 4 dəhliz və iki şüşəbənd var. Sarayın bütün pəncərə və qapıları taxta hissələrdən və rəngli - qırmızı, sarı, mavi, yaşıl - Venesiya şüşələrindən yığılıb.
Sarayın hər bir otağı digərindən fərqli və ustalıqla işlənmişdir. Bütün divar və tavanlar miniatürlərlə bəzədilib: burada cənnət bağındakı əfsanəvi quşlar, qeyri-adi güllər və heyvanlar var. Rəsmlərin çəkilməsi zamanı istifadə edilən təbii boyalar, parlaq rəngləri ilə ziyarətçiləri valeh edir. Belə tərtibat xəbər verir ki, XVIII əsrin ikinci yarısında Şəki xanlığında təsviri incəsənət yüksək inkişaf səviyyəsinə gəlib çatıb, divar naxışları isə olduqca populyar olub.
Qeyd etmək lazımdır ki, hər otağın miniatürünün öz mənası var. Məsələn, birinci mərtəbədə olan - sadə qonaqlar üçün nəzərdə tutulmuş otaqlarda, xanın zənginliyi və əzəməti nümayiş etdirilir. Divar və tavanda məhsuldarlıq, nəcib mənşədən xəbər verən ağaclar, güllər, heyvan və quşlar təsvir edilib.
İkinci mərtəbə iki yerə - qadın və kişi hissələrinə bölünüb. Qadın hissəsi güllər və şəqr naxışları ilə bəzədilib.
Kişi hissəsində qonaqların qəbulu üçün nəzərdə tutulmuş zal var. Bu, sarayın ən zəngin otağıdır. Divarlarda çəkilən miniatür xanın hərbi qüdrətindən, onun dostlara və düşmənlərə olan münasibətindən xəbər verirdi. Bu rəsmlərin üzərindən Şəki xanlığının bütün tarixini: xan ordusunun və onların düşmənlərinin silahları, geyimi, bayraqları, hərbi adətləri və s. izləmək mümkündür. Həmçinin burada fil, nadir quşlar və hətta əjdaha ovundan olan səhnələr mövcuddur.
Otağın tavanı xan qerbi və müxtəlif rəmzlərlə bəzədilib. Sarayın qarşısında heyrətamiz bağ salınmışdı. O bağdan xatirə yalnız sarayın yaşıdları olan iki iri, budaqlı çinar qalıb. Artıq 200 ildən artıqdır ki, onlar sədaqətli qulluqçular kimi Azərbaycanın memarlıq xəzinəsini qoruyurlar. Şəki xanlarının Sarayı dəfələrlə bərpa edilib və bu gün o, turistlərə tam möhtəşəmliyi ilə turistlərin qarşısındadır. Məhz bu möhtəşəmliyə görə səyyahlar onu Baxçarayala müqayisə edirdilər.

QAFQAZ ALBANİYASI DÖVRÜNƏ AİD MƏBƏD
KİŞ KƏNDİNDƏ QƏDİM KİLSƏ

Azərbaycanın ən qədim kəndlərindən biri Kiş ərazisində unikal memarlıq abidəsi olan Qafqaz Albaniyası dövrünə aid kilsə yerləşir. Hazırda mövcud olan müqəddəs Yelisey kilsəsi X-XII əsrlərdə inşa edilib. Eyni zamanda bir sıra tarixçinin fikrinə görə həmin məbəd apostol Yeliseyin ilk tikdiyi kilsənin yerində ucaldılıb. Məhz buna görə də Kişdə olan kilsəni Qafqazda kiləslərin Anası adlandırırdılar. Kilsənin mehrabının altında, qədim ibadət yerində aşkarlanmış artefaktların radikarbon analizinin nəticələri də bu versiyaya qüvvət verir. Maraqlıdır ki, arxeoloji tətqiqatların təşəbbüskarlarından biri məhşur norveçli səyyah və etnoqraf Tur Heyerdal olub.
Yelisey Qafqazda xristianlığın ilk təbliğatçılarından olub və rəvayətə görə apostol Faddeyin şagirdi idi. Yelisey bütün Qafqazı gəzərək, eramızın I əsrində Kiş kəndindəki indiki kilsənin yerində kilsə tikir. Təəssüf ki, bu gün həmin kilsədən heç nə qalmayıb.
Kiş kəndindəki qədimi məbəd sərt Sparta gözəlliyində möhtəşəm görünür. Binanın daş hörgüsü plitələrlə işlənib. Kilsənin çadırvari günbəzi, dar pəncərələri var. 50 nəfərlik nisbətən kiçik zal və qədim məzarlıq olan içəri həyətin daxili memarlıq üslubu da təsirlidir. Məzarlığın üzərində bərpaçılar boyu iki metrdən az olmayan bir adamın skeleti ilə tanış olmağa imkan verən şəffaf plastik şüşə quraşdırıblar.
Müqəddəs Yeliseyin Kiş kəndindəki kilsəsi turistlər tərəfindən Zaqafqaziyada ən çox ziyarət edilən çoxəsrli xristian mədəniyyətinin tarixi abidəsidir.
Alban dövrünə - VI-VII əsrlərə aid daha bir xristian məbədi Şəki yaxınlığında Orta Zeyzid kəndində yerləşir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək