Şamaxı

Şamaxı Azərbaycanın qədim şəhəridir. Şəhər bizim eramızdan əvvəl V əsrdə qurulub. IX-XVI əsrdə Şirvan dövlətənin paytaxtı olub, Şirvanşahlar imarətgahı Şərqin ən gözəl şəhərlərdən olub. XVIII əsrin ortasında şəhər Şamaxı xanlığının mərkəzi idi.
Şəhərin əsas abidəsi Gülüstan qalasıdır (XI-XII əsrlər). Bu qala şəhərin sərhədlərinin qorunması üçün qurulub və Şirvanşahların son sığınacağı idi. Şamaxının çoxsaylı hökmdarlığın məzarlığı olan Yeddi Gümbəz məqbərəsi, Cümə məscidi (X əsr, yenidən XIX əsrdə qurulub), X-XVII əsrlərin çoxsaylı xarabalıqları da maraqlıdır.
Bu günlərdə Şamaxı şərabçılıq və xalça toxuculuğun tanınmış mərkəzidir. Şamaxı həm də ədəbiyyat şəhəridir və bir sıra Azərbaycan şairlərin vətənidir. Yeri gəlmişkən, Şamaxının yanında Pirqulu adında çox gözəl yer var, bu yer qarla məşhurdur. Bu, çox güman ki, günəşli Azərbaycanda yeganə yerdir ki, orada qışda istirahət etməkdən zövq almaq olar. Pirquluda xizək sürmək və snoubordla məşğul olmaq olar.

GÜLÜSTAN QALASI

Gülüstan qalasının ən güclü tikilinin vaxtları var idi. Tarixçilər iddia edir ki, o dövrdə onun divarların arxasında Şirvanşahlar sarayı yerləşirdi, Şamaxı isə onun paytaxtı idi. Abidənin ərazisində aşkarlanan ən erkən tapıntıları tarixçilər IX əsrə şamil edirlər. Belə ki, Şamaxı qalasının yaşının mindən çox olduğu bildirilir. Bu əfsanəvi qala Şirvanşahların son sığınacağı idi. Orta əsrlərdə qala Şirvanın şiddətli döyüşlərin mərkəzində olub.
Onun divarları və qüllələri ərəblərin, səlcuqların, monqolların, osmanlıların hücumlarına dözüm gətirə bilib. Gülüstan qalasının ərazisi çoxsaylı yumru və dördkünclü qüllələri olan ağır divarların əhatəsində idi.
Qalanın aşağı hissəsindən dağın yuxarısına dolaşıq yol gedir. Bu dağ ağır divarların əhatəsində yerləşir. Qalanın xüsusiyyəti 2 m enliyi və 3 m hündürlüyündə qalanın içində olan uzun gizli girişdən ibarət idi. Giriş qaçmaq üçün hazırlanmış və qaladan dərənin dərinliyindən keçən axına aparırdı. Girişdə qalada həkk olunan pilləkənlər var idi.
Gülüstan qalası düz XVI əsrə qədər mövcud olub. Tikiliyə çoxsaylı zəlzələ böyük ziyan vurub, lakin onun xarabalıqları bu günə kimi mövcuddur. Onları şəhərə yaxınlaşarkən onun zəngin tarixinin sübutu kimi görmək olar.

DİRİBABA

Bakıdan Şamaxıya gedən yolun üstündə, Mərəzə kəndində nadir bir abidə - qədim qəbistanlığın yanında XV əsrə aid Diribaba məqbərə məscidi var. Uzun müddət yerli əhali burada Diribaba adlı bir müqəddəsin yaşadığı və dəfn olunduğu barədə rəvayəti qoruyublar. Bu abidə ilə bir sıra əfasənə və mistik detallarla bağlıdır. Məhz buna görə XVII əsrdən başlayaraq, bura zəvvarlar və sadəcə maraqlananları cəlb edir.
Bu tikilinin xüsusiyyəti ondan ibarətdir ki, memar türbəni sanki qayaya quraşdırıb. O, sanki torpaqdan qoparaq, havada durur. Türbə memarlığın ciddiliyi, tünd qayanın fonunda açıq və hamar divarlarının xətlərinin təmizliyi ilə gözə çarparaq, təntənəliliyi ilə valeh edir. Maraqlı orasıdır ki, binanın əsas hissəsi birinci deyil, ikinci mərtəbəsi hesab edilir.
Zalın girişində ziyarətçilərin ayaqqabılarını soyunması üçün nəzərdə tutulmuş səkkiguşəli günbəzlə örtülmüş dəhliz var. Dəhlizdən türbənin ikinci mərtəbəsinə aparan qayanın qalınlıqlarında yonulan alaqaranlıq pilləkən var. Təxminən 15 kvadrat metrlik zal qeyri-adi, spesifik günbəzlə örtülüb. Zalın divarında şirvanşah Şeyx İbrahim I adı hallanan xatirə mətni həkk edilib. Tikilinin bir mərtəbəsini digərindən üzərində yazısı olan, sanki binanı qurşayan dekorativ yarus ayırır. Məqbərə demək olar ki, içərisində mağara oyunlan qayaya bitişikdir. Müqəddəsin dəfn edildiyi yer məhz buradır. Buraya şimal divarda yerləşən dar keçid aparır.
Diribaba memarlıq nümunəsi tikilinin mənzərəli ətrafı ilə - qaya və yaşıl ağacların fonunda olan təsvirlərlə mükəmməl uyğunlaşır. Türbənin binası Şirvan memarlıq məktəbinin şah əsəri, qədim ustadların dahiyanə sənət əsəridir. Abidə dövlət mühafizəsindədir.
Diribaba türbəsi üzərində memarın tam adı qalmasa da, «…Hacı ustadın oğlu» yazısı olan və 1402-ci il tarixi qeyd edilən daş parçası qalır.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək