İKİMİNİLLİK QƏBƏLƏ - AZƏRBAYCANIN ƏN QƏDİM ŞƏHƏRİDİR
QƏDİM QƏBƏLƏNİN TARİXİ

Azərbaycanın ən qədim şəhəri olan ikiminillik Qəbələnin adı I əsrin antik tarixçilərinin əsərlərində keçir. O, 600 il ərzində qədim Qafqaz Albaniyasının paytaxtı olub. Bura daha sonra ərəb mənbələrində Xəzər kimi qeyd olunurdu. Qədələ əvvəl Şirvanşahlar, daha sonra isə Şəki xanlıqlarının tərkibində olub.  Uzun müddət ərzində şəhər dəfələrlə dağıdıcı işğallara məruz qalıb. Lakin buna baxmayaraq, Qəbələ öz sivil keçmişinin maddi süburlarını qoruyub saxlaya bilib. Qədim Qəbələnin xarabalıqları müasir şəhərin 15 km məsafəsində yerləşir. Qədim şəhərdə aparılan qazıntılar zamanı aşkar olunan tapıntıları şəhər muzeyində görmək olar. Qəbələnin ətrafında çoxlu tarixi və arxitektur abidələrə rast gəlmək olar.
Müasir Qəbələ Şəki-Zaqatala ərazisində, demək olar ki, Dağıstan və Gürcüstan sərhədində yerləşir. Müasir Qəbələnin ətrafında 2000 yaşı olan qədim şəhərin xarabalıqları var. Rayon hər birinin təxminən 500 yaşı olan qoz və şabalıd meşələri ilə zəngindir. Yaz fəslində çiçəklənən şabalıd ağacları heç nə ilə müqayisə olunmayan gözəlliyi nümayiş etdirir.

UDİN MƏBƏDİ

Qəbələnin yaxınlığında yerləşən Nic kəndində Qafqaz Albaniyasının unikal arxitektur abidəsi olan Udin məbədi yerləşir. Onu da bildirək ki, udinlər – xüsusi etnik qrupudurlar. Onlar qədim albanların nəsili sayılır (onların sayı cəmi 10000 nəfərdir). Udinlər öz ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günə kimi qoruya biliblər. Bu yaxınlarda məbəd bərpa olundu və bu günlərdə Azərbaycanın ən qədim abidəsi udin xristian icmasının üzvləri və görmək istəyən turistlərə açıqdır. Bərpa olunmuş məbəd XVII və XVIII əsrlərində qədim Alban kilsəsinin yerində tikilib. Bu kilsə Qafqaz Albaniyasında nüfuzu olan xristian təbliğçi və maarifçi müqəddəs Yeliseyin təşəbbüsü ilə tikilib. Ona görə  bu gün də məbəd onun adını daşıyır.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək