QALA, AZƏRBAYCAN

Səma altındakı Abşeronun tarixi
Bakıdan 40 kilometr aralıda, açıq səma altında olan məhşur tarixi-etnoqrafik «Qala» muzeyi yerləşir. Muzey 2008-ci ildə, arxeoloji qazıntıların yerində, eyniadlı qəsəbədə yaradılıb və Abşeron yarımadasına həsr edilib. Burada, XVI əsrdən XIX əsrə qədər azərbaycanlıların necə yaşadığını, nə yediyi və içdiyini və təssərrüfatı necə apardıqlarını görmək olar.


Qala muzeyi, Azərbaycan
Ərazisi 1,2 ha olan muzeydə qədimi məskənlər - heyvan dərisindən düzəldilmiş səyyar çadırları və bir müddət sonra onları əvəzləmiş daş və günbəzli gil-həsir evlər, qədimi dəmirçixana, bazar, dulusçuluq emalatxanaları, çörəkxana, taxıldöyən və orta əsirlərdən qalma digər maraqlı tikililər. Bütün bunlara baxmaq, toxunmaq, onların şəklini çəkmək mümkündür. Hətta özümüz kobud sobada çörək bişirə, xalça toxuya, dulusçuluq emalatxanasında gilə bulana və ya burdaqlarda sakit dayanan dəvələri, atları, ulaqları yedizdirə bilərsiz.
Bir çox heykəl və eksponatlar «Qala» muzeyinə Abşeron yarımadasının müxtəlif guşələrindən gətirilib, bərpa edilib və tamamilə yeniləniblər. Ümumilikdə onlar orta əsir Azərbaycan sakinlərinin necə yaşadığını təsəvvür etməyə yardım edir.
Maraqlıdır ki, alimlər Qala ərazisində ilk məskənlərin orta əsirlərdə deyil, xeyli öncə, ən azı 5 min il əvvəl qurulduğuna sübutlar tapıblar. Qədim tarixli nadir eksponatlar da eyni ilə ibtidai insanların ov və mərasim qurbankəsmə kimi fəaliyyətləri təsvir edən qayaüstü rəsmlər də həmçinin muzeyin zəngin ekspozisiyasında yer alıblar. Burada, «Qala» muzeyinin ərazisində şüşə altında qədimi məişət əşyaları, qab-qacaq, bəzək əşyaları və digər maraqlı eksponatların turstlərə təqdim edildiyi bir neçə sərgi yerləşib.
Abşeron yarımadasının tarixi labirintlərində azmamağa sizə elə buradaca, muzeydə tuta biləcəyiniz bələdçi yardım edəcək.

QALA, BAKI

İlk baxışdan bu, onlarla bənzəri olan və Abşeron yarımadasının müxtəlif guşələrində yerləşən Bakı ətrafında kiçik bir kənddir. Lakin aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanıb ki, bu məskənin əsrlərin dərinliyinə gedən zəngin tarixi keçmişi var.Buna görə də 1988-ci ildə kənd ərazisində 243 tarixi-memarlıq abidəsi (məscid, hamam, ovdan, yaşayış və yardımçı binaları və s.) olan Dövlət tarixi-etnoqrafik qoruğu (ərazisi 200 ha) elan edilib.

Qala adının özü «qala», «mətinlik» demək olub, bu ərazidə XIV əsrdə təpədə yerləşən bürcüdən əmələ gəlir. Bürcünün qülləsi demək olar ki, tamamilə dağıdılıb, yalnız qala divarlarının qalıqları və ona bitişik orta əsirlərin Cümə-məscidi qalır.
Cümə-məscidin daxili otaqları arkalı qübbələrlə örtülüb.Məscidin altında yerləşən yeraltı qalereyaya giriş bu günə qədər qorunub saxlanıb.
Qalada XVIII əsr Abşeron memarlıq məktəbinə aid olan qapalı tipli, iri monolit daş bloklardan tikilmiş qalın hasarlar, dördkünc əsaslı və qünbəz damlı tikililər bu günümüzə qədər qalır. Kəndin ərazisində bir neçə hamam, su quyusu və yeraltı suların toplanması üçün nəzərdə tutulan su anbarı mövcud idi. 1665-ci ilə aid edilən ən qədimi su quyusu qəbirsanlığın ərazisində qalır.
Lakin ən maraqlısı Qalanın qəbirsanlığını ziyarət etməkdir. Burada çox nadir, sərdabə formasında olan çadırabənzər qünbəzlərlə, iri daş plitələrlə örtülmüş qəbirlər var. Qəbirüstü yazılar yoxdur. Belə ki, burada kimin: əyan və ya ruhanilərin dəfn edildiyini demək çətindir. Lakin heç də bütün qəbirlər müsəlman adətinin tələb etdiyi kimi Məkkəyə doğru istiqamətlənməyib. Elə qəbirlərə rast gəlinir ki, onların üzərində ərəb yazıları və ornamentləri ilə zəngin bəzədilmiş daş sandıqlar quraşdırılıb.
Qəbirsanlıqda iki qədimi məqbərə var: Məhəmməd məqbərəsi (1624-25 il) və XVIII əsrə aid məqbərə.

YANARDAĞ - QƏDİM ATƏŞPƏRƏSTLİK HAQQINDA XATİRƏ

Azərbaycan qədim zamanlardan Odlar Yurdu adlandırılır, bu isə sadəcə xoş səslənmək xatirinə verilmiş ad deyil. Təbiətin şıltaqlığındandır ki, Xəzər dənizinin dilbər sahilində yerləşən bu Qafqaz ölkəsinin torpaqları çölə çıxmaq üçün fürsət axtaran yeraltı neft və qaz mənbələri ilə zəngindir.
Azərbaycanın torpaqlarında o qədər qaz var ki, o zaman zaman yerin səthinə çıxır. Bir sıra yerlərdə təsadüfən və ya qəsdən atılan kibrit çöpü, məşəl - istənilən qığılcım tam tükənənə qədər alovlanacaq qazın yanmasına gətirib çıxacaraq. Qədimdə Azərbaycan atəşpərəstlərin, zərdüştlük dininin davamçılarının vətəni olub. İnsanlar od mənbələrinin peyda olmasını ilahi qüvvələrin təzahürü kimi qəbul edib, onlara pərəstiş edir, səcdəgah və məbədlər inşa edirdilər.
Turistlər arasında Azərbaycanda ən məhşur və tanınmış “əbədi ocaq” yerlərindən biri - Yanardağ dağıdır. Daha doğru desək, bu dağdan çox təpədir və onun ətəyində qədimi zamanlardan təbii qaz yanır. Alovun metrəlik dilləri torpağı təxminən 10 metr eninə yalayır, yaxına gələnləri muculladaraq, yandırır. Axşamlar, bura gələnlər oturacaqları tutur ki, mənzərənin ən effektli vaxtında yanan təpəyə tamaşa edə bilsinlər.
Yanardağ Bakıdan 25 km şimalda, Məhəmmədi kəndində yerləşir. Onun yanına şəhərdən asan və ucuz qiymətə sərnişin avtobusları ilə getmək mümkündür. 2007-ci ildən etibarən qoruq elan edilən Yanardağ dövlət tərəfindən qorunur.

QOBUSTANIN PETROQLİFLƏRİ, BAKI

Petroqliflər muzeyi - Qobustanı məhz belə adlandırırlar - Böyük Qafqaz Dağlarından cənub-şərqdə, Bakıdan 60 km aralıda yerləşən dağ yeridir. Məhz burada ibtidai insanların düşərgələri və onların özündən sonra qoyub getdikləri petroqliflər - qayaüstü rəsmlər aşkarlanıb. Bu ibtidai incəsənət abidələri qədim insanların mədəniyyəti, təsərrüfatı, dünyagörüşü, adət və ənənələrini əks etdirir. Nə vaxtsa dəniz məhz bu dağların ətəyində dalğalanırdı, lakin vaxt keçdikcə cilalanmış daşların üzərində səciyyəvi relyef izləri buraxaraq, dəniz geri çəkildi.
XX əsrin 30-cü illərində bu rəsmlər təsadüfən aşkarlandıqdan sonra, 6 mindən çox qayaüstü rəsm (1000 qaya üzərində) “kəşf” edilib. Eyni zamanda qədimi ibtidai məskənlər - mağaralar və düşərgələr, maddi mədəniyyətə aid 100 min əşya tapılıb. Qobustan petroqlifləri müxtəlif dövrlərə aiddir. Onlar e.ə. X - XVIII min eramızın orta əsrlərinə qədər müddət ərzində qayalara çəkilib.
Rəsmlər üzərindən insanın təkamülünü dəqiqliyi ilə izləmək mümkündür. Burada dağ keçisinin ovlanması, nizələrlə mərasim rəqsləri - bu ən qədim zaman kəsiyinə, mezolit dpvrünə aid rəsmlərdir. Burada isə atlı və piyada ov rəsmləri, döyüş anları, kollektiv əmək, biçin, ocaq ətrafında qadınların olduğu səhnələr göstərilir. Bu artıq eramızın ilk əsrləri - ictimai quruluşun yeni mərhələsinə keçiddir. Orta əsrlərə yaxın rəsmlər həcmcə kiçilir, daha sxematik olur.
Qayaüstü rəsmlərdə əbədi olaraq burada son 10 min il ərzində yaşamış - ceyran, vəhşi keçi, maral, vəhşi donuz, at, şir və s. heyvanların əksi qalacaq.Həmçinin quş, balıq, ilan, kərtənkələ və həşaratların rəsmlərinə də rast gəlmək mümkündür. Xeyli sayda rəsmlər arasında avarçəkənlərlə qayıqların rəsmləri nəzərə çarpır ki, bunlar qədim sakinlərin yaxşı dənizçi olduğuna dəlalətdir. Bu təsvirlər qoruğu bir neçə dəfə ziyarət etmiş məhşur alim və səyyah Tur Heyerdalın marağına səbəb olub.
Qədim rəsmlərdən başqa Qobustanda yerləşən Böyük-Daş dağının ətəyindəki latin yazı da maraq oyadır. Bu yazı eramızın I əsrinə aid olub, sübut edir ki, Roma silahlı qüvvələri Bakıya yaxın ərazidə olublar.
1966-cı ildən etibarən Qobustan ərazisi qoruq elan edilib. Bu gün bura əsl açıq səma altında muzeydir. Hər il bu daş rəsm qalereyasını dünyanın müxtəlif ölkələrindən gələn minlərlə insan ziyarət edir.

ATƏŞGAH MƏBƏDİ, BAKI

QƏdim zərdüştlük məbədi Atəşgah
Əbədi alov məbədi olan Atəşgah - əsl azərbaycansayağı ekzotikadır. Onun haqqında demək olar ki, bütün dünya xəbərdardır. O, Bakını mərkəzindən 30 km aralıda, Suraxanı kəndinin kənarında yerləşir. Bu ərazi təbii qaz çıxıntılarının yanması kimi nadir fenomeni ilə məhşurdur (çölə çıxan qaz oksigenlə təmasa girərək, alovlanır).  Müasir məbəd XVII-XVIII əsrlərdə inşa edilib. O, Bakıda yaşayan və sikx kastasına aid olan hind icması tərəfindən tikilib.
Lakin, Atəşgah məbədinin tarixi daha qədimdir. Keçmişdən bu ərazidə atəşpərəst zərdüştlərin ziyarətgahı yerləşib (təxminən eramızın əvvəlində). Onlar bu sönməz alova mistik məna verir, buraya ziyarətgaha təzim etmək məqsədi ilə gəlirdilər.
İslamın qəbul edilməsindən sonra atəşpərəstlərin məbədi dağıdıldı. Zərdüştlərin əksəriyyəti Hindistana köçərək öz dinini orda davam etdirdilər. Lakin XV - XVII əsrlərdə ticarət karvanları ilə Abşeron ərazisinə gələn hindlilər Suraxanını ziyarət edirdilər. Qədim məbədin yerində hind tacirləri yeni tikili qurmağa başladılar. Atəşgah məbədinin ən erkən tikilisi 1713-cü ilə aiddir. Daha gec inşa edilmiş tikililərə isə üzərindəki yazıya görə 1810-cu ildə Kançanaqar adlı tacirin hesabına inşa edilmiş mərkəzi məbəd-səcdəgahını aid etmək olar. XVIII əsr ərzində məbədin ətrafında, bir-birinə bitişik, ibadətgahlar, hücrələr, karvan-saray inşa edildi. Abidənin hücrələrinin daşları üzərində hind yazı şriftinə aid oyma yazılar var.
XIX əsrin əvvəlində Atəşgah məbədi artıq bu günümüzə gəlib çatmış vücudda olub. Atəşgah dişli xarici divarı və giriş portalı olan beşgüşəli tikildir. Həyətinin mərkəzində daş köşk görüntülü məbəd-səcdəgah ucalır, künclərdə bir neçə ocaq yerləşdirilib. Səcdəgahın mərkəzində olan quyudan “əbədi” yanan qaz çıxırdı.
Giriş portalının üzərində Abşeron üçün səciyyəvi olan qonaq otağı - “balaxanə” salınıb. Məbəd yaxınlığında əvvəllər müqəddəs alovda ölü hindlilərin yandırıldığı böyük quyu var.
XIX əsrin ortalarında, yer səthinin tərpənməsi nəticəsində təbii qazın çıxması dayandı. Zəvvarlar bunu tanrıların cəzası kimi qəbul edib, dağılışmağa başladılar. İbadət yeri kimi Atəşgah 1880-ci ilə qədər mövcud idi. Lakin bu gün qədim zərdüşt məbədi olan Atəşgah ziyarət üçün yenidən açıqdır və turistləri cəlb edir. Lakin artıq süni alovlarla.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək