NAXÇİVANIN QƏDİM TARİXİ VƏ MÜASİRLİYİ

Naxçıvan şəhəri İranla sərhədində Naxçıvançayın üstündə yerləşir. Azərbaycanın qədim şəhəridir. VI əsrdə Qafqaz Albaniyasının şəhərlərindən biri kimi yaranıb, XI ərsdə Səlcuqlar dövlətinin paytaxtına çevrilib. XII-XIII ərslərdə Eldəgizlər dövlətinin paytaxtı olub, 1828-ci ildən Rusiya imperiyasının, 1923-cü ildə isə Azərbaycanın tərkibinə daxil olub.
Yusif ibn Kuseyir (XI əsr) və Mominə Xatun (XII əsr), Qəur-Qala (Şahtaxtı, II min il eradan qabaq), o cümlədən Araz çayının üzərindən keçən unikal Xudafərin körpüləri şəhərin əsas abidələri sayılır. Naxçıvanda universitet, Azərbaycan Elmlər Akademiyasının elmi mərkəzi, teatrlar, ədəbiyyat və tarixi muzey, rəsm qallereyeası fəaliyyət göstərir. Naxçıvanın yaxınlığında Əlincə-Qala da mövcuddur. (XI-XII əsrlər).

YUSİF İBN KUSEYRİN MƏQBƏRƏSİ (XII ƏSR)

Xalq içində bu məqbərə “Atababa” adı altında tanınır. Bu çox gözəl bina səkkizbucaqlı silindir formasında tikilib və yanmış kərpiclərin üzərində geometrik naxışlarla bəzənib. Məqbərə piramida formasında olan qübbə ilə örtülüb. Məqbərənin hər bir qübbəsi bədii sənətin ayrı nümunəsidir, o, kərpiclərdən ibarət geometrik naxışlarla bəzənib.
Məqbərə iki mərtəbədən ibarətdir. Onun yuxarı hissəsində dəfn olunmuş insanın adı və tikilinin tarixi qeyd olunub. Məqbərənin girişini fiquralı tağ göstərir.Məzarın özü məqbərədə torpağın altında yerləşir. Ora daxil olmaq üçün xüsusi yerdən keçmək lazımdır. Xüsusi yer isə tikilinin yuxarı hissəsinin aşağısında yerləşir.
Əlincə-Qala, Naxçıvan
Naxçıvanın cənub-şərqində İranla sərhədində Culfa şəhəri yerləşir. Əlincə-Qala (XI-XIII əsrlər) Culfanın yaxınlığında geniş düzlüyün ortasında olan dağın üstündədir. Qala Əlincə çayının sağ sahilində yerləşir. Bu qala o vaxtın ən güclü müdafiə tikililərdən idi. Orada Eldəgizlərin əsas xəzinəsi saxlanılırdı.
Əlincə-Qalanın çoxsaylı müdafiə, hidrotexniki, yaşayış və saray tikililəri dağın üstündə və onun ətrafında yerləşir. Daş divarların sıraları bir neçə xətlə dağın ətəyindən onun üstünə qədər uzanır. Onun kölgəsində hovuz-çənlər gizlədilirdi. Onların içinə yağış və qar suyu yığılırdı.

CULFA KARVANSARAYI (XIII ƏSR)

Azərbaycanın ən böyük karvansarayı Culfanın qərbində Araz çayının sahilində tapılıb. Karvansarayın qalıqları 1974-cü ildə aşkarlanıb. Bundan sonra böyük qazıntılar tapılıb.
Culfa karvansarayın qazıntılarına görə o, Azərbaycanın ərazisində olan ən böyük karvansaraylardan seçildi (ümumi uzunlığı – 37 metr). O, kvadrat formasında olan kərpicdən tikilmişdir. Onun yuxarısı sferik qübbə ilə örtülmüşdür. Yaşayış üçün nəzərdə tutulan çoxsaylı daxili otaqlar quyu suyu ilə örtürülüb. Binanın şərq qanadında xüsusi yerləri olan böyük otaq yerləşir, çox güman ki, bu otaq namaz otağı olub. Karvansarayın yanında XIV əsrdə Naxçıvan hökmdarı Hakim Ziya əd-Din tərəfindən tikilmiş körpünün qalıqları aşkar olunub.

GÜLÜSTAN MƏQBƏRƏSİ

Qədim Gülüstan məqbərəsi Naxçıvanın ən dəyərli abidələrdən biridir və Azərbaycanın daş incəsənətinin mirvarisi sayılır. Qırmızı qumdaşından tikilmiş bu məqbərə Arazın yaxınlığında yaşıl yerdə yerləşir. Bu tikili 12 hissədən ibarətdir. Hər bir hissənin üzərində möhtəşəm və çətin, lakin çox nazik geometrik naxışlar var.
Məqbərə qeyri-adi formasında düzəldilmiş böyük postamentin üstündə yerləşir. Postamentin hər bir tərəfi elə bil üçbucaqlı hissələrdən ibarətdir. O vaxt məqbərə piramidalı qübbə ilə bəzənmişdir. Bu gün o mövcud deyil. Lakin qalan şeylər hələ də qalmaqdadır. Onun hər bir tərəfi tam olaraq geometrik formasında olan naxışlarla örtülüb. Məqbərənin yuxarısı möhtəşəm ormanentli toxuculuqlarla dekor olunub. Oradan məqbərənin torpaq altı hissəsinə birbaşa getmək olur. Bu hissə zəif işıqlandırılır və işıq içəri balaca pəncərələrdən keçir. Məqbərənin daxili otaqlarında heç bir bəzəyi mövcud deyil.

MÖMİNƏ XATUN MƏQBƏRƏSİ

Məqbərə 1186-cı ilin aprel ayında atabəy Cavadxan Pəhləvan tərəfindən tikilmişdir. Bu məqbərə onun anası Möminə Xatun üçün tikilib. O, öz həyat yoldaşı ilk atabəy Şəms ad-Din Əl-Dəniz (Cavadxan Pəhləvanın atası) ilə Elgezidlər və Atabəylər dövlətinin qurucusu olub.  Naxçıvanın ən möhtəşəm abidəsi olan bu məqbərə çətin geometrik naxışlar və Quran ayələrindən dekor olunub. Mühüm onhissəli məqbərə orta əsrin göndələni idi, onun hündürlüyü 34 metr olub. Bu gün onun hündürlüyü 25 metr təşkil edir. Hər hissənin üstü (otaq formalı) tam olaraq çox incə küfi stilində olan ərəb yazıları ilə örtülüb. Bu yazılar geometrik formasında olub. On hissələrin doqquzunda naxış fərqli idi. Möminə Xatun məqbərəsi gözəl stalaktik kompozisiya ilə bəzənib. Möminə Xatunun məzarı binanın altında yerləşir, lakin onun girişi mövcud deyil.
Məqbərənin içərisi yumru formasındadır. Onu yeganə bəzəyi dörd yumru medalyondur, hər biri yazılar və naxışla bəzənib. Bu medalyonlar məqbərənin sferik qübbənin daxili səthində yerləşir, onu üzərində Məhəmməd Peyğəmbərin və dörd saleh xəlifənin Əbu Bəkr, Ömər, Osman, Əli və şiə imamlar Həsən və Hüseynin adları yazılıb.
Möminə Xatun məqbərəsi Azərbaycan memarlığının ən monumental binalardan sayılır. Bu məqbərə həqiqətən çar üsbubunda tikilib.

QARABAĞLAR MƏQBƏRƏSİ

Qarabağlar mavzoleyi eyni adlı sakit bir kənddə yerləşir. Lakin, bir zamanlar burada həyat qaynayırdı. Məzarlıq meydanlarında səpələnmiş məqbərələrin qalıqları, qülləli bərkitmə divarları buna sübutdur. Nə vaxtsa burada 10 000 ev, 40-da minarəli olmaqla, 70 məscid, məqbərə var idi. Onlardan biri - Qarabağlar (yerləşmə adına görə) - bu günümüzə qədər bütün ziyarətçilərə silinməz təəssurat bağışlayacaq dərəcədə yaxşı qalıb.
Mavzoley - ortada portallar vasitəsi ilə birləşməklə, mərkəzində qamətli minarələr yüksələn ansamblın yalnız bir hissəsidir. Uzaqdan bu tikili şəhər darvazalarına bənzəyir. Təkcə qala divarlarının qalıqları deyil, onların əvəzinə minarələrin böyründə yerləşən düzbucaqlı prizmalardır. Onların özülü naxışlı hörgü ilə işlənib. Hörügünün rəsmi bir minarənin gövdəsində başlayan və digərində bitən enli kəmər şəklində ərəb dilində yazılmış yazıya keçid edir. Yazı firuzə rəngi üzərində olmaqla, terrakot rəngi ilə yazılıb. Minarələrin yuxarı hissəsi xeyli zədələnib. Minarələrin içərisində dolama pilləkənlər burulur. Mavzoleyin özü yumru formada olub, 12 həddə ayrılıb. Ancaq bu həddlər səthi yox, yarımdairəvi idi ki, bu da o zamanın tikililərinə xas deyildi. Korpusun səthi çoxrəngli naxışlar xalçası ilə örtülüb.
Süd ağ rəngli mina örtüyü və parlaq firuzə rəngli bitki ornamenti tünd göy rəngli sahədə olduqca dəqiq görünür. Mavzoleyin dörd portalı var. Portalların ornamental naxışlarına qızılı palitra çilənib. Yuxarıdan mavzoley kiçik kürəyəbənzər günbəzlə bəzənib, daxili tərəfi isə aynalı xaçla üzlənib. Bu mavzoleyin inşa edilmə tarixi dəqiq məlum olmasa da, XII - XIII əsrlərə aid olduğu ehtimal edilir.

XUDAFƏRİN KÖRPÜLƏRİ

Xudafərin körpülərin qalıqları Kumlah və Xudafərin kəndlərin arasında Arazın şimali və cənubi sahillərini birləşdirir. Tarixçilər iddia edir ki, onlar XII-XIII əsrlərdə tikilmişdir. Birinci körpü (XII əsr) Eldəgizlərin dövründə tikilib, onun tərkibində on beş meydança var idi. Bu körpü çay daşından və yanmış kvadrat formasında olar kərpicdən tikilib.  Sütunlar qismində (hər tikilinin) təbii qranit qalalar istifadə olunub. Ona görə körpülər bu günə qədər qorunub saxlanılıb. Körpünün uzunluğu 200 metrdir, enliliyi isə 4,5 metrdir. Körpünün ən hündür nöqtəsi su üzərində 10 metr hündürlüyündə yerləşir.
Qədim tarixçilər iddia edirdilər ki, 15 meydançalı körpü VII əsrdə tikilmişdir, yəni ərəblər Azərbaycana daxil olduqdan sonra. Lakin müasir tarixçilər hesab edir ki, körpü daha gec inşa olunmuşdur.
Bu gün 15 meydançalı körpü işlək vəziyyətdədir. Lakin o, bir neçə dəfə dağıdılıb. Bu qədim abidə restavrasiya olunub. Ən son ciddi dağılma XVIII əsrdə baş verib.  
İkinci körpü 11 meydançadan ibarət idi  və İlhanidlər dövründə (XIII əsrdə) inşa (bərpa) olunub. Körpünün ümumi uzunluğu 130 m çatır, onun enliyi 6 m, su üzərində maksimal hündürlüyü isə 12 metrdir. Yan tərəflər demək olar ki, yumru formasındadır.
Körpü əhəngdaşlı blokları ilə örtülüb. Balaca körpü 15 meydançalı körpünün 800 metr qərbində yerləşir. Alimlər bunu insan kütləsinin köçürülməsi ilə əlaqələndirir. Məsələ orasındadır ki, İlhanidlərin Qızıl Orda ilə döyüşlər Azərbaycanın ərazisində baş vermişdir, ona görə də çoxsaylı ordunu şimala köçürməyə ehtiyac yaranmışdır.
Balaca Xudafərin körpüsü demək olar ki, dağıdılmışdır, onun yalnız 3 meydançası saxlanılıb. Ona görə xalq arasında onun adı “sınıq körpü” kimi qalıb. Lakin hətta bu vəziyyətdə bu körpü möhtəşəm təəssürat yaradır.
Xudafərin körpüləri Böyük İpək Yolunun bir düyünü olub və böyük beynəlxalq əhəmiyyətinə malikdir. Bu körpülər cürbəcür orduların və tayfaların miqrasiyası üçün əsas yol kimi istifadə olunmuşdur.
Hər iki körpünün inşaat sistemi orta əsrlərin arxitekruru ilə ənənəvidir, meydançaların əyri hissələri ağır həcmli dalğa kəsənlərin və digər sütunların üstünə söykənir. Bu etibarlı sistem insan kütləsinə, hərbi  atlarına və karvanlara dözümlü idi. Etibarlı konstruksiyadan başqa, Xudafərin körpüləri öz ədəbi-estetik görünüşü ilə cəlb edir. Memarların ustalığı bu məişət tikilini monumental arxitektur abidəyə çevirib.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək