AZƏRBAYCANIN MƏHŞUR KURORT YERİ - NABRAN

Nabran kəndi Xəzər dənizinin sahilində Azərbaycanın Xudat şəhərinin yaınlığında yerləşir. Nabran kəndi öz məhşurluğunu, kəndi əhatə edən kurort zonası sayəsində qazanıb. Kurort zonası, bu məkanın ən görməli yerlərindən hesab olunan olduqca gözəl qoca meşəliklərlə əhatə edilib.
Kəndin əsası 1900-cu ildə rus mühacirləri tərəfindən qoyulub. Ehtimal edilir ki, kəndin adı «набирать» («toplamaq») rus sözündən əmələ gəlib. Rus imperatorunun əmri ilə kəndə çar masası üçün nəzərdə tutulmuş nərə balığının tutulması üçün əhali yığılırdı. Məkanın adı da məhz buradan əmələ gəlib. XX əsrin 70-ci illərinə qədər balıqçılıq yerli əhalinin əsas fəaliyyət növü olub.
Qəsəbənin özü qarağac, fıstıq, həmçinin palıd ağaclarının bitdiyi gözəl meşənin əhatəsində yerləşir. Meşəlikdə müxtəlif növ quş və heyvanlar: yenotlar, qabanlar, marallar, dovşanlar, zığ-zığ quşları, bayquşlar və faunanın digər maraqlı növləri yaşayır. Bu kurort zonasının əsas üstünlüklərindən biri yalnız onun təbii-coğrafi şəraiti deyil, həmçinin Nabranın bir sıra xəstəliklərin çarəsi olan yeraltı kükürd-sulfatlı bulaqlarla zəngin olmasıdır. Bu mənbələr çimərliyi kənddən ayıran bataqlıqlar xəttini əmələ gətirir.
Bu gün bu otel, pansionat və özəl bağ evlərinin yerləşdiyi böyük kurort zonasıdır. Bura fərqli istirahət etmək üçün münasib yer olduğundan, dünyanın bütün ölkələrindən turistlər gəlir. Nabranda hər yaşda olan insanların əla vaxt keçirməsi üçün bütün şəraitlər yaradılıb. Burada uşaqlar üçün əyləncə mərkəzləri, gənclər üçün disko-barlar, yaşlı nəsil üçün sakit və rahat pansionatlar yerləşir. Bundan başqa kənddən bir az aralıda akvapark və idamn kompelsi var, dənizin bilavasitə yaxınlığı, ilboyu iqlimin mülayimliyi isə bu yeri Azərbaycanın ən çox ziyarət edilən bölgəsi edir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək