AZƏRBAYCAN XALÇASI VƏ XALQ TƏTBİQİ SƏNƏTİ DÖVLƏT MUZEYİ

Xalçaçılıq Azərbaycan torpaqlarında çox qədim zamanlarda yaranıb. Xalçaçılığın tətbiqi sənətin ən qədim növü olduğunu sübut edən faktlar ölkənin bir sıra şəhərlərində aparılmış arxeoloji araşdırmalar nəticəsində əldə edilib.
Bu  mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsinin zəruri olması barədə ilk olaraq dahi xalçaçılıq ustası, Azərbaycan SSRİ-nin xalq rəssamı Lətif Kərimov fikir irəli sürmüşdü. Onun səyləri nəticəsində bu əsrlərin sənətini öyrənən dünyada ilk profilli muzey yaradılıb. Materialların toplanması üzrə işlər 1967-ci ildə başlanılır və yalnız 1972-ci ildə ziyarətçilər onun təqdim etdiyi nadir eksponatlarla tanış ola biliblər. Sərgi üçün yer çox uğurla seçilmişdi: İçəri Şəhərin tam ürəyində yerləşən Cümə Məscidinin qədimi binasında keçmişə məxsus olan xalçalar olduqca təbii görünürdü.
Onun yarandığı vaxtdan, unikal sərgi yalnız xalçalarla deyil, həm də Azərbaycan milli sənət nümunələri ilə yenilənib, tamamlanırdı. Bu gün burada 14000-dən artıq eksponat var: nadir xalçalar, zərif zinyət əşyaları, geyim, naxış çəkiləri, müasir şüşə, ağac, keçədən düzəldilmiş  zərgərlik nümunələri. Beləliklə, hazırda muzey respublikanın ənənəvi mədəniyyət dəfinəsidir.
Azərbaycan xalça muzeyində bu sənətin inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən, ölkənin müxtəlif regionlarından olan ustalığın fərqli məktəb və texnikasının nümunələri təqdim edilib. Təqdim edilən nümunələr arasında hər iki xalça XVII əsrdə toxunan Təbriz «Ovçuluq» xalçasının parçası və Qarabağın «Əjdaha xalça»sı, habelə XVIII əsrdə Xilə kəndində toxunan «Xİlə-əfşan» xalçası xüsusi seçilir. Muzey heyəti bu mədəni irsin qorunması və yayılması üçün olduqca nəhəng iş görür. Hər cür dəyirmi masalar, sərgilər və simpoziumlar - bəziləri UNESCO-nun himayəsi ilə olmaqla - keçirilir.
2014-cü ilin avqustunda təbərrüklər bükülmüş xalça formasında möhtəşəm evə köçürülürlər. Layihənin müəllifləri avstriyalı memarlar Frans Yans və Valter Maridir.
Muzeyin eksponatları dəfələrlə 50-dən çox ölkədə, dünyanın demək olar bütün qitələrində sərgilənib. Bu gün muzey bütün dünyanın araşdırmaçı və tətbiqi sənət bilicilərini cəlb edən iri elmi mərkəzdir.

MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ

Əgər siz Azərbaycan xalqının salnaməsinin dərinliklərinə toxunmaq, gözlərinizlə məhşur təbərrükləri görmək, olmuş hadisələri eşitmək istəyirsinizsə, «Milli Azərbaycan Tarixi Muzeyi» qədər uyğun yer tapa bilməzsiniz.
Muzeyin binasını belə mədəniyyət abidəsi adlandırmaq olar - dəyərli eksponatlar məhşur mesenat və filantrop Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi XIX əsrə aid möhtəşəm sarayda yerləşdiriliblər.
İlk dəfə muzeyin qapıları ziyarətçilərin üzünə 1921-ci ildə açılıb. Ondan bəri unikal kolleksiyanın yaradılması üzərində səyli işlər görülür.
Bu gün malikanənin ehtiyatlarında 300 000-dən artıq artefakt saxlanılır. Onların arasında dövlətin taleyinə təsirini göstərmiş sənədlər, silah, orta əsr insanların məişət əşyaları, zinyət əşyaları, geyim, əl işləməsi olan zərif xalçalar, qədim kitablar və s. kimi nümunələr var.

Kolleksiyanın miqyasına görə, ziyarətçilər onun yalnız kiçik bir hissəsi ilə tanış ola bilirlər, bamayaraq ki, sərginin ərazisi təsiredici böyükdür. O 3 000 kvadrat metr ərazidə yerləşir. Muzeydə təqdim edilən eksponatlar ölkənin ən erkən zamanlardan bu günümüzə qədər olan tarixini əks etdirir. Rahatlıq üçün sərgi 6 bölməyə ayrılıb: ən qədim zamanlar və orta əsrlər, yeni dövr, müasir dövr, numizmatika, etnoqrafiya və «elmi - maarifləndirici bölmə».
Bu gün muzey - iri elmi mərkəzdir. Onun bazasında əntiq əşyaların bərpası üzrə laboratoriya, istehsalat qrupu, ekspozisiyanın genişləndirilməsi işlərini aparan tədqiqat komissiyası fəaliyyət göstərir.
Muzeyin peşəkar qidləri ilə gözəl guşənin zəngin tarixini kəşf edin, sanki zaman maşını ilə yaddaşdan silinməyəcək bir səyahətə çıxın və bu xatirələr həmişəlik sizin ürəyinizdə qalacaq.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək