MİNGƏÇEVİR AZƏRBAYCANIN İRİ SƏNAYE MƏRKƏZİ

Mingəçevir Kür çayının sahilində yerləşən bir şəhərdir. O, yerli əhali tərəfindən «Mingəçevir dənizi» adlandırılan və respublikanın ətraf rayonlarını su ilə təmin edən su anbarı ilə məhşurdur. Su anbarının tən sahilində yerləşən turistik bazasından qumlu çimərliyə möhtəşəm mənzərə açılır.
Ancaq turistləri yalnız «dəniz» cəlb eləmir. Arxeoloqlar tərəfindən Minqəçevir rayonu ərazisində eramızdan əvvəl II əsrdən tutmuş eramızın ХVII əsrinə qədər olan abidələr aşkarlanıb. Onların arasında yaşayış məntəqələrinin qalıqları, süxur və xərək məzarlıqları, küpə qəbirləri və hətta xristian kilsələri var. Şəhərdə olan teatr və tarix-ölkəşünalıq muzeyi, sərgi bu diyarın zəngin tarixini əks etdirir.

MİNGƏÇEVİR ABİDƏLƏRİ

Mingəçevir şəhəri Kür çayının hər iki sahilində yerləşir. Bu böyük ərazidə əhali eramızdan əvvəl III əsrdə məskən salmağa başlayıb. Beləliklə, ümumilikdə şəhərin 4500 illik şərəfli tarixi var. Və bu sadəcə sözlər deyil. Bunu sübut edən Mingəçevir ərazisində aşkarlanan çoxsaylı arxeoloji tapıntılar var.
Qazıntılar nəticəsində regionda qızğın ticarətin getdiyinin sübutu kimi Yunanıstan, Roma, Arşakid sikkələri aşkarlanıb. Salnamələrdə Mingəçevirin adı sənətçilərin emalatxanaların, ticarət dükanlarının, hamamların və s. mərkəzi kimi əks etdirilir. XVIII əsrdə şəhərin əhalisi tamamilə Kürün sol sahilinə köçür. Bu gün Mingəçevir Bakı, Sumqayıt və Gəncədən sonra Azərbaycanın dördüncü sənaye mərkəzidir.

MİNGƏÇEVİRİN ARXEOLOJİ KOMPLEKSİ
KÜR ÇAYININ SOL SAHİLİ

Kür çayının sol sahilində Mingəçevir arxeoloji kompleksinin böyük hissəsi yerləşir. Bir zamanlar burada qədim Sudaqılan şəhəri yerləşirdi. Burada şəhər tipli qəsəbənin dağıntıları, ikiyaruslu dulusçuluq sobaları (I-VIII əsr), çiy kərpicdən olan evlər, metal, daş və sümükdən hazırlanmış əmək alətləri, saxsı qablar, erkən orta əsrə aid sasani və ərəb sikkələri aşkarlanıb. Qəbirlərdə gil, şüşə və gümüş qab-qacaq, müxtəlif üzüklər, sikkələr və Sasanilərə aid möhürlər tapılıb.
Həmçinin ibadət tikililər qrupunun qalıqları qazılaraq, üzə çıxarılıb. Şəhərin mərkəzində qədimi ibadət tikililərinin qalıqları aşkarlanıb.
Məbədin binasının əsas hissəsi bəzi yerlərində bitki əsaslı boyaları ilə rənglənmiş suvaq qalıqları olan divarları olan böyük ibadət otağı olub. Məbədə giriş cənub-qərb divarında yerləşirdi. Girişlə üzbəüz üzərində iki tovuz quşunun təsviri olan böyük daş kapitel yerləşir. Cənub şərq tərəfdən məbədə üç kiçik otaq birləşir. Məbədin divarları çiy kərpicdən inşa edilib. Orta hesabla divarların qalınlığı 1,5 metrdir. Tikili nə vaxtsa taxta əsaslı kirəmitlə örtülüb. Məbəddə bişmiş kərpicdən kvadrat formada tikilmiş kiçik dəfn yeri yerləşirdi.
Məbəddə aşkarlanan sasani sikkələri tikilini V-VI əsrlərə aid olduğunu təxmin etməyə imkan verir.
XIV – XVII əsrlərdə monqolların işğalından sonra əhali Kür çayının sağ sahilinə köçür.

KÜR ÇAYININ SAĞ SAHİLİ

Bu arxeoloji qoruğun ən aşağı qatı qədim dəfn meydançasıdır. Burada Minqəçevirin məhşur küpə qəbirləri (300-dən artıq) aşkarlanıb.
Bu qəbirlərdə dəfn edilənlər başı girişə tərəf yerləşdirilib. Onların dizləri və başları ana bətnində olduğu kimi əyilib. Bütün sərdabələr qırmızı rəngdədir: ən qədim zamanlardan bəri qırmızı rəng qanın, qan isə həyatın rəmzi olub. Belə qəbirlərdə bir sıra qab-qacaq - küpə və səhənglər aşkarlanıb. Dəfn zamanı istifadə edilən qablar tarixin o kəsiyinin ibadət hissəsi olduğuna və qədim insanların dirilməyə olan inanclarına dəlalət edir. Qəbirlərdə həmçinin düzbucaqlı ikiyaruslu sobalar, dəmirdən hazırlanmış əmək alətləri, bəzək əşyaları, əntik zamana aid sikkələr tapılıb. Bütün bunlar həmin ərazidə yaşamış tayfaların həyat tərzindən əbər verir.
Qəbirtanlıqda o zaman aid 200-dən artıq qəbir və 4 dəfn təpəsi tədqiq edilib. Təpəliklərdə insanların heyvanlarla - öküz, at, zəngin müxəlləfatla birgə dəfn edildiyi məlum olub. Göründüyü kimi, burada tayfa başçılarının qəbirləri yerləşib.
Qazıntıların yuxarı və orta layları tunc və dəmir dövrünə aiddir. Burada aşkarlanan daş alətlər, tunc silahlar, təsərrüfat su quyuları, dulusçuluq və metal qaynaq sobaları, saxsı əşyalar, heyvan və balıq sümükləri və bir sıra başqa şeylər tapılıb.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək