Lənkəran

Lənkəran Xəzər dənizinin sahilində və praktiki olaraq İranla sərhədində yerləşən gözəl liman şəhəridir. Bura həm də Azərbaycanın qədim şəhərlərdən biridir. Lakin onun təməl qoyulma tarixi məlum deyil. Ancaq bu məlumdur ki, Lənkəran Qafqaz Albaniyasının tərkibinə daxil idi, XVIII əsrdə isə Talış xanlığının mərkəzi olub.
Rus-fars müharibəsi zamanı Lənkəran farslar tərəfindən məhv edilib. Farslar burada daha sonra qala tikə biliblər. 1813-cü ildə rus ordusu Lənkərana hücum edib, bundan sonra şəhər Rusiya imperiyasının tərkibinə daxil olub.
Şəhərin özü Lənkəran qalası (XVII əsr) və Kiçik Bazar məscidlə (XIX əsr) məşhurdur.
Lənkəranın 100 km şimalında orta əsrlərin ən gözəl şəhəri olan Xanəqə yerləşir. Bu şəhərdə qala divarları (XII-XIV əsrlər), məscid və Hüseyin Pirinin məzarlığı, minarə və digər qədim tikililər qalıb.  
Şəhər subtropiklərdə yerləşir, bu da onu ölkənin ən yaxşı balneoloji kurortlardan biri sayılır. Şəhərin düz mərkəzində Mirəhməd xanın Evi yerləşir. Bu Ev ən gözəl arxitektur abidələrdən biridir.

LƏNKƏRAN QALASI

Lənkəran qalası (qüllə) XVIII əsrdə tikilib. Bu qala Talış xanlığının şəhərinin ən əsas qalalardan olub. O vaxtlarda, şahidlərin sözlərinə görə, qala həqiqətən bir sıra istehkamı olan öz hündür daş divarları ilə valeh edir. Həmin istehkamlardan qorunmaq üçün istifadə olunan silahlar görünürdü. Bundan əlavə, qala dərin xəndəklərin əhatəsində olub. Bu xəndəklər müdafiə zərurəti olduqda su ilə doldurulub.
Döyüşlər bir-birindən uzun məsafədə yerləşən şimal və cənub iki qala istehkam tərəfindən aparılıb. 1812-ci ildə qanlı döyüş və iki tərəfdən baş verən böyük itkilər nəticəsində qala rus ordusu tərəfindən ələ keçirilib. Lənkəran qalası alındıqdan sonra Gülüstan sazişi imzalanıb. Əvvəl qalanın tərkibinə iki bazar daxil idi: Böyük və Kiçik. XX əsrin əvvəlində hər bir bazarda məscidlər tikilib. Bu iki məscid şəhərin ən əsas məscidləri olub. Onlar bu günə kimi qalmaqdadırlar.

MƏSCİD VƏ HÜSEYİN PİRİNİN MƏZARLIĞI

Xanəqinin dini-mədəniyyət kompleksinə 1256-ci ildə tikilən məscid və ona bitişik olan minarəli Hüseyin Pirinin məzarlığı yerləşir. Məscid daş plitələrdən düzəldilib və sferik qübbəsi ilə örtürülüb. Xüsusi ədəbi dəyərdən biri mehrabdır. Mehrab taxtanın üzərində olan zərif naxışları, küfi yazıları və rəngli plitələrlə bəzənir. Məscid minarələri səkkiz tərəfli sütundan ibarətdir, onun yuxarısında moizələr üçün xüsusi yer var.   
Məscid Hüseyin Pirinin məzarlığı ilə balaca tünd girişin vasitəsilə birləşir. Məzarlıq divarın birində pəncərə mövcuddur. Məzarlığın divarları, onun mərkəzində yerləşən baş daşı və giriş əvvəl möhtəşəm keramik üzlüklə örtülürdü. Bu üzlük səkkizkünclü ulduzdan ibarət idi.
Uzun illərdir ki, bu yer müqəddəs yer kimi tanınır. Orada müqəddəs ağsaqqalın nəşi saxlanılırdı (Hüseyin Piri). Bu yerin nüfuzu Şirvanın hüdudlarından kənarına da çatırdı. Hüseyin Pirin məzarlığının əsas gözəlliyi 11 metr uzunluğunda olan plitədir. Bu qızılı plitələr tünd göy və yaşıl-firuzəyi rənglərlə boyanıb. Bu plitələr Yaxın Şərqdə ən yaxşıları kimi sayılır.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək