İsmayıllı

Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır. İsmayıllı rayonun təbiəti: dağ çayları, meşələr, qaylar, təbii və süni göllər, şəlalələr, zəngin heyvanat və bitki aləmi burada olmuş hər kəsin qəlbində xoş təəssüratlar oyadır. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 3-ü İsmayıllı rayonunda təmsil edilmişdir. Aran ərazidə iqlim isti və mülayim, dağlarda isə soyuqdur. Yanvar ayında orta temperatur - 0,5°C, iyul ayında isə +23°C. Yağıntıların orta miqdarı ildə 584 mm-ə bərabərdir.
Girdimançay, Göyçay və Ax-ox çayları bu rayonun ərazisindən keçir. Rayonda şəlalələr də çoxdur: Qalacıq kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 50 metr, İstisu kəndinin yaxınlığındakı şəlalənin–25 metr, Burovdal kəndinin yaxınlığındakı şəlalənin–50 metr, Müdrüsə kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 25 metrdir. Babadağın yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı yerləşən üç təbii göl, eləcə də Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığındakı iki süni göl bu rayonun inciləridir. Balıq ovu həvəskarları həmin göllərdə balıq tutmaq imkanlarından istifadə edə bilərlər.

LAHIC

Şamaxıda olarkən, turistlər mütləq şəkildə onun ətrafında olan eramızın V əsrində inşa edilən və tarixi-memarlıq abidəsi hesab edilən və Girdimançay (Yuxarı Qafqaz) çayının kanyonunda yerləşən Lahıc qəsəbəsini ziyarət edirlər. Qəsəbə kiçik olsa da, çox mənzərəlidir. Ərazi mədəni qoruq elan edilib və «Böyük İpək Yolu» üzərində məhşur turistik marşrut hesab olunur. Qədim zamanlardan bu günə qədər Lahıc ticarət sənətkarlıq mərkəzi statusunu daşıyır. Burada misdən əl ilə hazırlanmış, şərq ornamentləri stilində naxışlarla bəzədilmiş unikal qab-qacaqlar, toxunma və hörmə, ağacdan, dəridən hazırlanmış əşyalar, suvenir bıçaqlar və s. tapmaq mümkündür.


Sənətkarlar qəsəbəsinin tarixi

Əslində Lahıc kəndinin yaranması yaranma tarixi haqqında dəqiq məlumatlar yoxdur, salnamə yalnız əfsanələr üzərində qurulur. Qədim rəvayətə görə fars şahı Key Xosrovun hakimiyyət uğrunda mübarizə apararkən, şəhərlərdən birinin hörmətli hökmdarını öldürür və nəticədə alqın qəzəbinə tuş gəlir. İntiqamdan qaçmaq və həyatını xilas etmək üçün o, öz ölkəsindən qaçır. Şah sığınacağı dağlarda, indiki Lahıcın yaxınlığında sığınacaq tapır və həyatının sonuna qədər elə burada yaşayır.
Kənd isə şahın sığınacağının yaxınlığında lahıc tayfasından olan qulluqçuları və onların ailələri məskən salmışdılar. Tədricən qəsəbə genişlənir və sənətkarlıq mərkəzinə çevrilir.
Hələ o zamanlar, yüz il öncə mis Lahıc ustalarının əsas materialı olub. Yerli əhali onu öz vətənində, İranda əritməyi öyrənmişdilər. Yeni məskəndə ustalar bu sənəti inkişaf etdiri və ticarət əlaqələrini yaradırlar. Qəsəbə ərazisində əritmə sobaları olan emalatxanalar tikilir, gözəl, unikal mis əşyaların şöhrəti isə dünyanın bir çox qüşələrinə yayılır.
Lahıc ərazisindən Türkiyədən, Gürcüstandan, Ermənistandan, Persiyadan, Dağıstandan olan böyük karvanlar keçməyə başlayır. Tacirlər kəndə qida məhsulları, mis, parçalar gətirir, oradan isə məişət əşyaları, soyuq silah, suvenirlər və misdən hazırlanan digər əşyalar aparırlar.
Kənd inkişaf edir və nəcibləşir. Küçələr daşlarla örtülür, iki və üçmərtəbəli evlər inşa edilir. Sakinlər kanalizasiya və su kanallarını çəkməyi öyrənir.
Lahıc önəmli mədəni obyekt statusunu alandan sonra kənd əhalisinin sayı artmağa başlayır. Azərbaycanın kəndi öz tarixi, rəngarəng görüntüsünü itirməyib və onun küçələri ilə gedərkən sanki hardansa qədim emalatxanalardan gələn səsləri eşitmək mümkündür. Burada hələ də mis, dəri və xalça sənəti çiçəklənir. Lakin artıq əsas «tacirlər» turistlərdir. Məmulatları bir çox xarici dükanlar da əldə edir.
Şəhərcik lahıclıların tikdiyi daşlarla döşənmiş meydanlar, səliqəli evlər, əl iş işləməsi olan oturacaqlar və bir sıra digər maraqlı şeylərlə bəzədilib. Yerli əhali mehriban və gülərüzdür, hava isə sanki sakitlik, rahatlıq və yerli əhalinin istedadı ilə zəngin özünəməxsus atmosferlə zəngindir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək