GƏNCƏ - ƏSL AZƏRBAYCAN KOLORİTİ
AZƏRBAYCAN ŞƏHƏRİ OLAN GƏNCƏNİN MARAQLI TARİXİ

Gəncə şəhəri Kiçik Qafqaz dağlarının ətəyində Gəncəçayında yerləşir. Şəhər təxminən VI əsrdə qurulub. VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, əsrin ikinci yarısında isə ərəblər tərəfindən məhv edlib. X əsrin ortasında Gəncə Azərbaycan ərazisində yerləşən ən balaca xanlıqlarından biri olan Şəddadidlərin paytaxtı olub. XI əsrin ortasında Gəncə Səlcuqlar tərəfindən zəbt olunub. 1139-cu ildə bütün şəhəri məhv edən güclü zəlzələ baş verdi, bununla əlaqədar şəhər başqa yerə köçürüldü. Zəlzələ nəticəsində Gəncə ətrafında bir neçə mənzərəli göl əmələ gəldi. Bu göllər daha sonra Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligölü, Ağgöl, Qaragöl və Şamlıgöl adlandı. Səlcuqlar dövləti dağılandan sonra Gəncə Atabəylər dövlətinin ikinci paytaxtı oldu (XII-XIII). XVII əsrdə Gəncə şəhəri Gəncə xanlığının mərkəzi oldu.

1804-cü ildə Gəncə xanlığı rus ordusu tərəfindən zəbt olundi, Gəncə şəhərinə isə Yelizavetpol adı verildi. Sovet dövründə Gəncə Kirovabad adını daşıyırdı. Gəncə sənaye və mədəniyyət sahəsində Bakıdan sonra ikinci şəhər idi. Tarixi ad şəhərə 1991-ci ildə müstəqillik qazandıqdan sonra qaytarılıb. Şəhər çox əsrli tarix ərzində Azərbaycan milli koloritli çoxsaylı tarixi və arxitektur abidələrə malik oldu. Burada Gey-İmam (XIV-XVII ə.) kimi mühüm kompleks, Cümə məscidi (XVII ə.) və çoxlu sayda köhnə koloritli evlər, atların və digər ev heyvanların məşhur daş heykəlləri var. Bu heykəllərlə dağların ətrafında daha çox rastlaşa bilərik.

Şəhər ona görə də maraqlıdır ki, burada Azərbaycanın ən görkəmli şairi Nizami Gəncəvi anadan olub. Onun məqbərəsi hazırda turistlərin ən çox ziyarət etdikləri yerdir. Şəhərin tarixi hissəsində, “köhnə Gəncədə”, qala divarların, qüllələrin, körpülərin (XII-XIII əsrin əvvəli), ticarət karvanların dayanacaq və istirahət yeri karvansarayın (XVII əsr), keçmiş xan dəftərxanasının binasının (XVII əsr), məqbərələrin (XIV-XVII əsr), məscidlərin (XVII əsr) qalıqları saxlanılıb.

ŞEYX BAHAUDDİNİN ANSAMBLI

Şeyx Bahauddinin qurduğu tarixi-arxitektur kompleksi Gəncədə əsas tarixi ansambli kimi tanınır. Ora Cümə məscidi (Şah Abbas məscidi), Çəkək-Hamam (orta əsrli hamam) və karvansaray daxildir.

CÜMƏ MƏSCİDİ

Məscid Şah Abbasın idarəçiliyi vaxtında XII əsrdə (1606-cı ildə) tikilib və onun adının daşıyır. Məscid Gəncənin fəxri hesab edilir. Bu il onun 412 yaşı tamam olub! Bina Şah Abbasın vəziri, astronom və memar Şeyh Bahauddinin layihəsi üzrə tikilib. Şeyh Bahauddin Nizaminin nəslindən olub. Qırmızı kərpicdən tikilən məscid alçaq, amma enli binadır. O, böyük şirma ilə iki hissəyə bölünmüş (kişi və qadınlar üçün) namaz zalından və balaca bitişik otaqlardan ibarətdir. Məscidin pəncərələri naxışlı barmaqlıq-şəbəkə bəzəyir. Məscidin ağır darvazaların qarşısında mağaza və əsrli çinar ağacları ilə əhatə olunan bazar meydanı yerləşirdi. Məscidin damı – 17 diametrlik iri metalik qübbədir.
Ətraflara baxmaq üçün qüllə ilə bəzəldilmiş iki hündür minarəsi elə bil məscid binasının ortasında “çıxır”. Minarələr restavrasiya olunub və XIX əsrdə azca dəyişdirilib. Lakin onların orijinal qərarı öz orijinallığı ilə valeh edir. Məlumdur ki, Şeyx Bahauddin gözəl astronom olub. O, öz biliklərini məscidin tikilməsində tətbiq edib: günorta vaxtı tikilinin qərb divarına düşən kölgə yox olur. Bu, inanclı insanlara günorta namazın vaxtını göstərirdi. Bu günə qədər gəncəlilər gedən kölgə ilə dəqiq vaxtını yoxlayırlar. Məscidin həyətində həmin vaxt tikilən mədrəsə yerləşir (sovet hakimiyyəti dövründə məhv olunub). Hazırkı vaxtda məscid və mədrəsə bərpa olunub və fəaliyyət göstərir.

ÇƏKƏK HAMAMI

Bir az sonra Şeyx Bahauddin Cümə məscidinin yanında Çəkək Hamamı tikdirib. Hamam iki bir-birinə birləşən zaldan ibarətdir: onlardan böyüyündə hovuz və mərkəzdə yerləşən istirahət üçün olan fəvvarə yerləşir, balacası isə çimmək üçün nəzərdə tutulub.
Qırmızı kərpicdən olan hamamın iki böyük və beş balaca qübbəsi var. Böyük qübbələrin ucunda ventilyator rolunu oynayan yarıqübbələr yerləşir: onlardan ventilyasiya boruları divarların içərisinin ərazisində bölünürdü.
Qışda hava istidir, yayda isə mülayimdir. Hamam odun ilə isinirdi. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Buxar zallara hamamın divarları və yeri arasında keçən keramika borular vasitəsilə çatdırılırdı. Buxar bərabər şəkildə dövriyyədə olub bütün binanı isidirdi. Bu 400-yaşlı hamamın unikal sistemi ideal olaraq 1963-cü ilə qədər fəaliyyət göstərirdi. Bu yüzilliklər ərzində hamam şəhər əhalisi arasında çox populyar idi. Şah Abbas vaxtını keçirdiyi hamamda çimmək xüsusi zövq gətirirdi. 2002-ci ildən Çəkək Hamama beynəlxalq mədəniyyət abidəsi statusu verilib və o hazırda YUNESKO-nun müdafiəsi altındadır.
Karvansaray
Və zamana görə Şeyx Bahauddinin ansamblında olan üçüncü tikili – Gəncə karvansarayıdır. Bu gün orta əsrli karvansarayın binası biliklər məbədi rolunu oynayır. XX əsrin sonundan burada Gəncə humanitar kolleci yerləşir. Karvansarayın binası iki mərtəbəlidir, 15 zal və 54 otaqdan ibarətdir. Binada həm də şair Məshəti Gəncəvinin muzeyi yerləşir.

NİZAMİ GƏNCƏVİ MƏQBƏRƏSİ

Gəncə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Gəncəvi nəinki Azərbaycan, hətta dünya  ədəbiyyatında iz qoyub. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, yaşadığı dövrünün ən savadlı insanlardan olub. O, ən məşhur əsəri olan “Xəmsə” əsərinin müəllifidir. “Xəmsə” beş poemadan ibarətdir və nəinki müəllifin yüksək ustalığını, hətta onun etik və fəlsəfi baxışlarının əks etdirir. Nizaminin lirikasının böyük hissəsi sevgiyə aiddir. “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” Nizaminin digər dünya şöhrətli əsərləridir. Nizami Gəncəvi məqbərəsi bu gün də şairlərin ziyarətgahı hesab olunur. Məqbərə şəhərin cənub-qərb tərəfində yerləşir. Məqbərə silindrik monumental formasında və qırmızı qranitdən olan müasir tikilidir. Tikili yarımdolaqlı taraşlar şəklində qurulub. Onun aşağısında məqbərəyə giriş yerləşir, bu giriş məqbərənin möhtəşəmliyi fonunda çox balaca görünür. Nizaminin adı düz girişin qabağında həkk olunub.

QƏDİM GƏNCƏNİN DARVAZALARI

1063-cü ildə İbrahim ibn Osman adlı dəmirçi Şəddadidlər nəslinin hökmdarının əmri ilə Gəncənin məşhur darvazalarını hazırladı. Bu, o vaxtların sənət incəsənətinin şedevri idi. Tökmə dəmirdən hazırlanmış darvazalar xarici tərəfdən naxışlarla bəzədilib. Naxışların arasında ustanın adı (Küfidə) və darvazaların hazırladığı tarix həkk olunub.
1139-cu ildə gürcü çarı I Demetr zəlzələni bəhanə gətirərək bu şəhəri bünövrəsinə qədər məhv edib. O, Gəncəyə hücum edib darvazaları qənimət olaraq götürüb. Bir neçə ton ağırlığında olan darvazalar zəlzələdən sonra sağ qalan gəncəlilər öz belində aparıblar.  
Bu gün darvazaların yalnız bir tərəfi qalıb. O, Kelatin monastırın divarının içində gürcü çarı IV Davidin məzarı ilə üzbəüz yerləşir.

CAVADXANIN MƏZARLIĞI

Bu yaxınlarda tarixi bölgənin ərazisində, məscidin həyətində, Gəncənin cəsur hökmdarı, Gəncəni xarici işğalçılardan müdafiəsində iştirak edən və 3 yanvar 1804-cü ildə həlak olan Cavadxanın məzarının yerində məzarlıq qurulub. Keçən əsrin 90-cı illərdə Cavadxanın nəşi köhnə şəhər qəbristanlığından bura köçürülüb.
2004-cü ildən başlayan tikintilər bir neçə ay ərzində davam edib. Onun quruluşunda inşaatçılar orta əsrli arxitektur məktəbinin tələblərinə əməl edib. Abidə 2005-ci ildə açılıb və XVII əsrin digər abidələr arasında ləyaqətli yer tutub.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək