Quba

Quba Azərbaycanın ən böyük şəhərlərdəndir. O, Bakıdan 165 km məsafədə şimalda yerləşir. Şəhərin əsası XV əsrdə qoyulub. XVIII əsrin ikinci yarısında Quba xanlığının paytaxtı olub. Ölkənin ən gözəl şəhərindən biri Quba yaz fəslində çoxsaylı bağlar və parkların çiçəkləndiyi zaman daha gözəl olur. Qubada və onun ətrafında tarixi abidələr az deyil. Burada çoxsaylı məsсidlər –kafedral məscidi (XIX əsr), Səkinə xanımın məsсidi (XVII əsr), Ərdəbil məsсidi (XIX əsr), məşhur Cümə məsсidi, o cümlədən Quba xanının Evi, orta əsrlərin hamaları və qülləsi.  
Yerli tarix muzeyin ekspozisiyası zəngindir. Bu muzeydə maddi mədəniyyətinin digər predmetlərindən başqa Qubanın zərif xalçaları da nümayiş olunur. Qubanın ətrafları da çox gözəldir. Öz gözəlliyi ilə insanı valeh edən 30 m hündürlükdə yerləşən Afurca şəlaləsi və Tenqi dərəsi turistlər üçün daha çox cəlb edicidir.
Quba xalça toxuculuğu ilə məşhurdur. Turistlər buradan yerli emalatxanaçıların hazırladıqları suvenirləri və məşhur Quba xalçaları aparırlar.

ƏQBİL MƏQBƏRƏSİ

Qubanın Əqbil kəndində XVI əsrin üç orta əsrli məqbərə tapılıb. Onlardan ikisi ənənəvi düzbucaqlı tikililərdir. Üçüncü məqbərə isə orijinal arxitekrura ilə fərqlənir. Əslində bu balaca kvadrat formalı, yanmış kərpiçdən olan və daş səkkizkünclü tumbaya yerləşdirilən binadır. Belə ki, məqbərənin xarici görünüşü hündür qübbəli oktahedron və geniş portal girişindən ibarətir, içərisi isə adi kvadrat formalı sahədir.

QIRMIZI QƏSƏBƏ – DAĞ YAHUDİLƏRİN QƏSƏBƏSİ

Bu qəsəbə Kudilay çayının sol sahilində Böyük Qafqaz dağının şimali-şərq hissəsində yerləşir. Bu qəsəbə MDB ərazisində dağ yahudilərin yeganə icmasıdır. Qafqazda dağ yahudilər 2 min il əvvəl məskunlaşıblar, Azərbaycan torpağında isə onlar V ərsdə peydə olublar. Onlar ortodoksal yahudilər idi, nəinki köhnə İncil, hətta Talmud və rabbi inancları yayırdılar. Onlar iran qrupuna aid olan cuxuro dilində danışırdılar, onların sosial sisteminin əsası icma (kaqal) idi. Bu icma dağlıların bütün həyat sahələrini idarə edirdi.

XVII ərsdə İran hökmdarı Nadir şahın döyüşçüləri yahudi dağ yaşayış yerlərini məhv etmişdilər. Bundan sonra onlar icma üçün yeni yer axtarmağa başladılar. Bu zaman qonşu Quba xanlığın hökmdarı Hüseyin Əli Xan idi. O, yahudiləri öz müdafiəsinin altına alıb və onlar üçün Quba şəhəri ilə üzbəüzdəki torpaq ayırdı. 1731-ci ildə yahudilər Azərbaycanın bütün ərazilərindən Qəsəbəyə məskunlaşmağa başladılar. Nəticədə burada dağ yahudilərin qapalı çoxmillətli icma formallaşdırıldı. Bu icma bir neçə əsr ərzində öz unikal maddi və mənəvi mədəniyyətini, öz adət-ənənələrini və dilini qoruyub saxlaya bildi.

Qəsəbənin böyük ticarət yolunda rahat yerləşməsi, Quba xanlarının himayədarlığı, kənd təssərrüfatı ilə məşğul olmağa şərait yaradan məhsuldar torpaq Qəsəbənin çiçəklənməsinə imkan verirdi. Qubanın müsəlman əhalisi ilə Yahudi Qəsəbənin arasında sıx ticarət və mədəniyyət əlaqələri qurulub. 1851-ci ildə Kudilay çayın üstündə ilk taxta körpüsü tikilib. Bu körpü şəhəri qəsəbə ilə birləşdirdi. Kənd təssərrüfatından əlavə yerli əhali bağçılıq və xalça toxuculuğu ilə məşğul olurdular. Quba almaları bütün ərazidə məşhur idi, xalça toxuculuğu isə kəndin vizit kartına çevrilib. Daha sonra Qəsəbə toxucuların ustalığı hətta Quba xalça toxuculuğu məktəbinə ayrılıb.
Üçyüz ildən sonra Qırmızı Qəsəbə nəinki qalmaqdadır, o hətta zəngin tarixi və miraslı dövlət əhəmiyyətli abidə əhəmiyyətinə malikdir. Onunla tanış olmaq üçün dünyanın bütün güşələrindən turistlər gəlir. Lakin Qırmızı Qəsəbə təkcə unikal milli mədəniyyətə malik olan oazis kimi deyil, hətta öz məşhur yerliləri ilə tanınır. Qəsəbənin əhalisi 3 min nəfərdən çoxdur. Buradan oradan yüzlərlə Rusiyada, İsraildə, ABŞ-da, Almaniyada, Azərbaycanda və Böyük Britaniyada yaşayan və çalışan tanınmış siyasətçilər, biznesmenlər, alimlər, mədəniyyət xadimləri çıxıb.

Burada Forbes hesabatlarına görə Russiyanın ən varlı sahibkarları Zarax İliyev və Qod Nisanov və sovet həkim-ortoped Qavriil İlizarov doğulub. Q.İlizarov sümüklərin travmaları və anadangəlmə qüsurlarının müalicəsin üçün İlizarov aparatının konstruktoru olub. Burada İlizarovlar musiqi nəsili, yazıçı Vladimir Ağababayev, şair Yaşa Maşıyaxov, Azərbaycan SSR-in ikiqat çempionu, qılıncoynatma üzrə usta Zinaida Mişiyeva və digərləri vaxtı ilə yaşayıb. Məşhur və varlı yerlilər öz tarixi vətənini unutmurlar: köhnə kənd evlərin əvəzinə villalar tikirlər, sinaqoqalara nəzir verirlər, uşaq bağçalarına və məktəblərə yardım edirlər, yolları yaxşılaşdırırlar. Buna baxmayaraq Qırmızı Qəsəbə iqtisadi perspektivsizliklə üzləşə bilər: kəndin əsas əhalisi – qadınlar, yaşlılar və uşaqlardır, əmək qabiliyyətli kişilər isə işləmək üçün böyük şəhərlərə köçürlər.

XINALIQ – QAFQAZ DAĞLARININ ARASINA QƏDİM MƏDƏNİYYƏTİNİN ADASI

Azərbaycanın ən qədim qəsəbəsi olan Xınalıq Quba rayonunun mərkəzindən yeni magistralla təxminən bir saatlıq yolda, Baş Qafqaz Dağlarının şimali yamacınında, dənizdən 2100-2200 m hündürlükdə yerləşir. Qəsəbənin sakinləri onu Kət adlandırır, özlərinə isə kətənlilər deyirlər, yəni İncil Noyun nəsliləri. Xınalığın 5 min yaşı var. Əsrlər boyu sivilizasiyadan bu qəsəbəni təhlükəli qayalı uçurumlu əlçatmaz dağlar ayırır. Belə təcridə görə qəsəbə əhalisi bu günə qədər heç bir dil qrupuna aid olmayan dili və heç bir yerdə olmayan adət və ənənələri qoruya biliblər. Xınalığın təxminən 2 min əhalisi var, onların hamısı əslən xınalıqlılardır və 4 nəsilə bölünürlər. Hər bir nəsilin öz qəbirstanlığı, xalça və geyimin naxışları vardır. Xınalıqlılar islam dininin ardıcıllarıdırlar, islamdan qabaq isə onlar atəşpərəst idilər. Bu faktı atəşgahların olması və yarı atışpərəst ənənələr müsəlman ənənələrdən fərqli olması sübut edir.

İlk dəfə kətlər barədə qədim tarixçi Pliniyin əsərlərində və Strabonun məşhur “Coğrafiya” əsərində I ərsdə qeyd olunub. Lakin qəsəbənin dərin qədimliyini onun Xınalığın ərazisindən qat-qat böyük olan 8 iri qəbirstanlıq göstərir. Burada 3, hərdən 4 qat qəbir yerləşir, daş məzarlarının üzərində isə müxtəlif əlifbalarda yazılar var. Evlər bir-birinin üstündə tikilir: ümumillikdə bu çoxmərtəbəli bina xatırladır, bir binanın damı o biri binanın yuxarı həyətidir. Kənddə təxminən 360 ev var, onların hamısı çox qədimdir, hər birinin yaşı 200-300-ə çatır və yığcam daşlardan tikilib. Evlərin pəncərələri polietilen selofanla örtülür, evin tavasında isə qaz borusu var, oradan xınalıqlılar o cümlədən bir-birinə qonaq gedirlər. Qış isə burada tez başlayır və çox sərt keçir, havanın hərarəti -30 dərəcəyə çatır. Kərpiclərdən qışda yanacaq kimi istifadə olunur, bu kərpiclər saman və gübrədən hazırlanır. Onlar nəinki yaxşı yanır, hətta yetərli qədər istilik verir. İl boyu xınalıqlılar istənilən yerdə kərpicləri qurudurlar. Burada odun çox az tapmaq olar, çünki həmin yerlərdə çox az ağac bitir.

Torpaq məhsuldar deyil və daşlarla doludur, lakin yerli sakinlər balaca sahələrdə soğan və kartof əkirlər, xiyar və pomidor isə ev bitkiləri kimi dibçəklərdə əkilir. Mal-qaradan qısaboylu inək və keçi, ev quşları saxlayırlar, bəziləri qoyun saxlayır. Lakin qoyunları saxlamaq çətindir, çünki qışda onlar üçün tövlə tikilməlidir. Xınalıqlılar sadə qida qəbul edirlər: tərəvəz, çebureklər (çörək), süd, pendir, dağ balı və hər payız fəslində hazırladıqları qurudulmuş keçi əti.

Xınalıqlılar çox inanclıdırlar. Qəsəbədə və onun yaxınlığında çoxlu müqəddəs yerləri yerləşir – müqəddəslərin qəbrləri ilə dolu pirlər, mağaralar və tədqiq olunmayan arxeoloji abidələr mövcuddur. Onların bəziləri hələ orta əsrlərdə tikilib: Xıdır Nəbinin məzarı, Şeyx Şalbuz məscidi, Əbu Müslüm məscidi (XII əsr), Pircomərd məscidi (1388 il).

2006-cı ildə unikal dağ qəsəbəsinin həyatı dəyişib. Bu asfaltla örtülülən yeni yolun tikilməsi ilə bağlı olub. Bura turistlər gəlməyə başlayıb, xınalıqlıların isə qəsəbənin kənarına getməyə imkanları yaranıb. Bu gün xınalıqların çoxusu azərbaycan dilini bilirlər, onların bəziləri isə rus dilini də bilirlər, ev şəraitində hazırlanmış məhsullar və ərzaqlar, məişət məhsullar şəhərdən gətirilirdi, qeyri-adi qəsəbə ilə tanış olmaq istəyən turistlərə ucuz ev və ərzaqlar təklif edirlər. Xınalıq bütün dünyadan təcrid olmaqdan xilas oldu. 2007-ci ildə Xınalıq qəsəbəsi Dövlət tarixli-arxitektur və etnoqrafik qoruğu kimi elan olunub.

ŞEYX CÜNEYD MƏQBƏRƏSİ

Azərbaycan Dağıstan sərhədinin yaxınlığında Quba vilayyətində Xəzrə (Müqəddəs) kəndi yerləşir. O, şeyx Cüneydin (XVI əsr) məqbərəsi ilə məşhurdur. Şeyx Cüneyd Şeyx Səfi-əd-din Yaqubun nəslindən idi. Səfi-əd-din Yaqub türk nəsli olan Səfəvillərin nəslindən idi. Ərdəbilli şeyx Cüneyd 1456-cı ildə Şirvanşah Xəlillul ilə döyüşdə həlak olub.
Dostları onu Külxan (indiki Xəzrə) kəndində dəfn ediblər. Yüz il sonra Cüneydin nəvəsi şah I Təhmasib onun qəbri üstündə möhtəşəm məzarlıq qurub. Divarların hündürlüyü bir metr yarımdır və göy və qara-cəhrayı rənglərdə şahmat qaydasında qurulmuş plitələrlə örtülüb. Məqbərə kvadrat formasında qurulub. Məqbərəyə giriş dörd divarların hamısında yerləşir. Məzarlığın mərkəzində 15 m hündürlüyündə qübbə yerləşir. Məqbərənin interyeri öz sakit möhtəşəmliyi ilə valeh edir.

Məlumdur ki, XVI əsrdə şeyx Cüneydin nəşi Ərdəbilə gətirilib. Lakin xalq içində məqbərə müqəddəs yer kimi hesab olunur və müsəlman dünyasının yüzlərlə zəvvarı özünə cəlb edir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək