BAKI - AZƏRBAYCANIN MƏDƏNİYYƏT MƏRKƏZİ

Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı Avropa və Asiyanın qovuşuğunda yerləşir. Paytaxtın adını «küləyin zərbəsi», «küləklər şəhəri» və ya «təpə», «təpə üzərindəki şəhər» kimi təfsir edirlər.
Azərbaycanın mədəni, sənaye, siyasi paytaxtı olan liman-şəhər Bakı - Xəzər dənizinin qərb sahilində, neft yataqları ilə zəngin olan Abşeron yarımadasının eyniadlı körfəzinin cənubunda yerləşir. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni özündə birləşdirir.

Mədəni Bakı
Bakı - Azərbaycanın ən iri mədəni mərkəzidir. Məhz burada ilk müsəlman teatrının pərdəsi qaldırıldı, ilk opera səsləndi, ilk Azərbaycan qəzeti çapa verildi, ilk yerli kitabxana açıldı. Bu gün xarici tərtibatı daxili mədəni məzmunundan heç də geri qalmayan Bakının ən gözəl binalarında 30 muzey, 7 teatr, 11 Ali məktəb, Filarmoniya, opera teatrı, kinostudiya, kinoteatr, kitabxana,

Sənayeli Bakı
Bakı ən iri sənaye mərkəzidir. Burada ən qədim neft mədənləri, məhşur Neft Daşları, nadir dərin özüllər zavodu, möhkəm vinç gəmiləri, müasir üzən qazma qurğuları… Burada həmçinin neftayırma, neft-kimya, kimya, yüngül, qida, maşınqayırma sənayesi, neft avadanlığının, tikinti materiallarının, cihazqayırma, elektrotexnika və radioelektronika istehsalı, gəmi təmiri kimi sahələr inkişaf edib.
Bakı - iri dəmir yolu qovşağı və Xəzərdə limandır. 1967-ci ildən paytaxtda metropoliten işləyir.

BAKININ TARİXİ

Bakı şəhəri - Azərbaycan tarixinin qızıl səhifələri
Bakı şəhərinin tarixinin kökləri Abşeron yarımadasında qədim insanın yaşadığı zamana, paleolit dövrünə gedib çıxır. Daş dövründən bürünc dövrünə keçid zamanı Abşeron yarımadası ərazisində yerli tayfaların yüksək inkişaf səviyyəsinin olduğunu sübut edən ilk qayaüstü rəsmlər meydana çıxır.
Bakının tərəqqisi əntiq dövrdə başlayır. Bunu sübut edən müxtəlif arxeoloji tapıntılar mövcuddur. Bundan başqa İçəri Şəhərin orta əsrlərə aid olan tikililəri hələ də eyniləşdirilməsi mümkün olmayan dağılmış əntiq binaların fundamenti üzərində tikilib.
Bakı - dəniz kənarında yerləşən kiçik qala qəsəbəsi kimi yaranıb. O xəndək və qala divarları ilə əhatə olunmuşdu. Birinci minilliyin əvvəlində o artıq inkişaf etmiş liman şəhəri idi. Bu dövrlərdə şəhər Roma hakimiyyətinə tabe idi və bunu sübut edən Böyük-daş dağının ətəyində qədim latın yazıları aşkarlanıb.
ERkən orta əsrlərdə (V-XII ə.) Bakı ərazisi Şirvan bölgəsinə aid idi. Sasanilərin dövründə Şirvan ayrı inzibati vahid idi, daha sonra Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, Bakıdan əlavə Şamaxı, Dərbənd və Azərbaycanın digər şəhərlərinin də daxil olduğu bu ərazi Şirvanşahlar dövləti adlanmağa başladı.
X əsrdə Bakı kiçik dənizkənarı şəhərdən Xəzərin sahilində yerləşən iri dəniz-ticarət limanına çevrildi. Ərəb xəlifəsinin tərkibinə daxil olan digər bir dıra dövlətlər kimi Şirvanşahlar dövləti də qismən müstəqil idi. Bir neçə dəfə şəhər, onu qarət edən rusların hücumuna məruz qalıb, lakin ümumilikdə həmin dövr Bakının tarixində qismən sakitlik hökm sürürdü. Hücumlardan biri 1030-cu ildə baş verir, bu zaman Bakıda ruslarla Minuçixra I ibn Yazid şirvanşahının ordusu vuruşdu. Şirvanşax məğlub olur, ruslar dövlətin bəzi ərazilərini işğal edir, lakin bir il sonra Bakı ərazisindən qovulur.
XI əsrdə dəlcuq türklərinin istilaçı yürüşləri başlayır. 1066-cı ildə onlar ilk dəfə şəhərə hücum edir, XII əsrin sonunda isə Şirvanşahalar dövləti paytatı Bakı ilə birgə Səlcuqluların hökmranlığı altına düşür. Qismən bu günümüzə qədər qalmış qala-şəhərin ətrafında tikilmiş istehkam qurğuları XII əsrin sonuna aiddir. O dövrün tarixçilərinin əksəriyyətinin sözlərinə görə Bakı Xəzər dənizində yerləşən şəhərlər arasında ən sarsılmaz qalalarından birinə çevrilir və onun əhəmiyyəti artır. 1220-ci ildə Azərbaycan monqolların hücumuna məruz qalır. İkinci soxulma 1231-ci ildə, Azərbaycan ərazilərinin demək olar ki, hamısı monqollara təslim olduqda baş verir.Bakı yeganə şəhər idi ki, monqollara uzun və inadkar müqavimət göstərir, lakin sonda sakinlər sonda şəhəri təslim etməyə məcbur olur.
Monqolların hökmranlığı dövründə Şirvanşahlar nəslinin hökmdarları monqol xanlarının vassallarına çevrildilər. Monqollar tərəfindən işğal edilmiş Qafqazın ərazisi İlhanlar - monqol nəslinin hökmdarlıq etdiyi Sultaniyə adlandırıldı.Bakı şəhəri monqol hökmdarlarının qış iqamətgahına çevrildi.
Monqol dövləti XIV əsrdə dağıldıqdan sonra Şirvanşahlar müstəqillik uğurnda mübarizəyə başlayır və Əmir Teymurun ölümündən sonra onu qazanır. Yüz il ərzində Bakı və Şirvanşahlar dövləti xarici işğalçıların təsirindən tam azad yaşayır. Bu dövrdə Bakının yeni tərəqqi mərhələsi başlayır. Məhşur Şivanşahlar Sarayı inşa edilir, şəhərin abadlaşdırılması üzrə işlər aparılır, karvan-saraylar, körpülər tikilir.
İşğalın yeni mərhələsi İranda Səfəvilər nəslinin hakimiyyətə gəlişi ilə başlayır. 1501-ci ildə şah İsmayıl Səfəvi Bakını işğal edərək, onu İran dövlətinin ərazisinə birləşdirir. İran və Osmanlı Türkiyəsi arasında gedən mübarizlərə nəticəsində Bakı bir neçə dəfə türklərin hökmranlığına keçir, xüsusi ilə 1578-ci ildə osmanlılar şəhəri ələ keçirir, lakin bir müddət sonra iran ordusu onu yenidən qaytarmağa müvəffəq olur.
Bakı Xəzər dənizi sahilində ən böyük ticarət limanlarından biri hesab edildiyi üçün, o böyük strateji əhəmiyyətə malik olur, buna görə də mübarizəyə Rusiya İmperiyası da qoşulur. XVIII əsrin ortalarında Bakı anlığı yaranır və ilk dəfə olaraq 1796-cı ildə rus orduları tərəfindən ələ keçirilir. Rusiya imperiyasının protektoratına Bakı tam olaraq 1805-ci ildə keçir.
Bu dövrdə Bakıda sənaye kompleksi inkişaf etməyə başlayır. Sənaye müəssisələri tikilir, ilk neft quyusu qazılır (1847-ci il), xarici kapitalın axını başlayır. Sovet dövründə Bakı Azərbaycan SSR-nin paytaxtı, Sovet hakimiyyəti dağıldıqdan sonra isə müstəqil Azərbaycanın paytaxtına çevrilir. Bu gün Bakı 2 milyona yaxın əhalisi olan Qafqazın ən müasir şəhərlərindən biridir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@aittravel.com

XƏBƏRİNİZ OLSUN

Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək