Köhnə Bakının bir sıra görməli yerləri və memarlıq tikililəri arasında xüsusi bir qrupa Bakı hamamlarını aid etmək olar. Burada Hacı Qaib, Ağa Mikayıl, Qasım bəy hamamlarını və təbii ki, Şirvanşahlar sarayının hamamları fəaliyyət göstərib.
Bütün Şərqdə olduğu kimi, Bakıda da hamam-çimmə tikintisində ümumi şəhər planlaşdırma üsullarının nümunələrini izləmək mümkündür. Adətən çimmək üçün nəzərdə tutulan tikililər ya saray kompleksləri və şəhərin mərkəzindəki ictimai binaların tərkibində, ya da ayrıca şəhərin kommunal- təssərüffat zonalarında yerləşdirilirdi.
Şərq hökmdarlarının saray komplekslərində quraşdırılmış saray hamamlarına xüsusi diqqət ayırmaq lazımdır. Bakıda yerləşən bu cür hamamlar arasında Şirvanşahlar sarayının hamamını ayrıca qeyd etmək olar. 26 otaqdan ibarət bu böyük hamam 1939-cu ildə arxeoloji qazıntılar zamanı aşkarlanıb. Ehtimal olunur ki, bütün otaqlar qübbələrlə ayrılmış, binanın özü isə yarı-yeraltı olub.
Hamam kiçik otaqlara bölünmüş iki kvadrat otaqdan ibarət olub. Burada soyunmaq üçün nəzərdə tutulan «bayır» (xarici, çöl) otaqlar mövcud olub. Ondan sonra çimmək üçün olan otaqlar - «içərilər» (daxili) yerləşib. Çimmə otaqlarına soyuq və isti su ilə təmin edilən hovuzlar birləşib. İsti su olan anbarın yanında suyu qızdırmaq üçün yanma (od) kamerası yerləşib. Eyni zamanda tək çimmək üçün «xəlvəti»lər olub. Hamamda yumru formalı hovuzlar və ayaqqabı üçün oyuqlar quraşdırılıb.
Köhnə şəhərin kommunal-təssərrüfat hissəsində yerləşən hamamlar arasında Hacı Qaib hamamı xüsusi diqqətə layiqdir. O, Qız Qalası ilə üzbəüz yerləşir. Hamamın dəqiq tikilmə vaxtı məlum deyil, alimlər onun inşasını təxminən XV əsrə aid edirlər. Hamamın giriş portalı düzbucaqlı formadadır. Hamamın özü gözləmə otağı, soyunma otağı və çimmək üçün nəzərdə tutulan otaqdan ibarətdir. Soyunma və çimmə otaqlarının səkkizquşəli mərkəz zalları balaca otaqlarla əhatə edilib. Zalın mərkəzində isti və soyuq su ilə dolu hovuzlar olub. İsitmə Şirvanşahlar hamamında olduğu kimi otaqların döşəməaltı kanalları vasitəsi ilə həyata keçirilib. Həmçinin Ağa Mikayıl və Qasım bəy hamamlarını da qeyd etmək lazımdır.
Ağa Mikayıl hamamı XVII əsrdə İçərişəhərin cənub-qərb tərəfində Şamaxı sakini Hacı (müsəlman olmayıb) Ağa Mikayıl tərəfindən tikilib. Hamamın yerləşdiyi yer el arasında hamamçılar məhəlləsi adlandırılır. Bu hamam digərlərindən demək olar ki, heç nəyi ilə fərqlənmir, lakin Şiravşahlar və Hacı Qaib hamamlarından soyunma və çimmə otaqlarının kvadrat forması ilə seçilir.
Qasım bəy hamamı XVII əsrdə Salyan darvazalarının yanında inşa edilib. Xalq arasında bu hamam çayla bərabər şirniyyatların verilməsi səbəbi ilə «Şirin hamam» adlandırılıb. Hamam vestibül, soyunma, çimmə otaqları, hovuz və soba (od sobası olan) otaqlarından ibarətdir.
Şərqdə hamamlar insanların həyatında olduqca böyük əhəmiyyət daşıyıb. Onlar istənilən saray kompleksinin və yaşayış məntəqələrinin mütləq atributu olub. Bakı hamamları memarlıq üslubuna görə ziyarət üçün rəngarəng və maraqlıdır.
Saray hamamı 1939-cu ildə ansamblın ən aşağı terasında aşkarlanıb. Arxeoloqlar 26 otaqdan ibarət olan yeraltı hamamı qazıb üzə çıxarıblar. Otaqların bir hissəsi soyunmaq, digərləri çimmək üçün nəzərdə tutulub.
Su anbarlardan soba (isitmə) otaqlarına daxil olub, keramik borulara axıdılıb. Anbarlara isə su yeraltı mənbələrdən daxil olub. Soyuq və isti suyu olan ayrıca hovuzlar çimmə otaqlarına birləşib. İsti su hovuzunun altında xüsusi soba quraşdırılıb. İsitmə çimmə otağının dpşəməsinin altında quraşdırılmış buxar kanalları vasitəsi ilə ötürülüb.
Hamamın otaqlarında yumru formalı kiçik hovuzlar və ayaqqabılar üçün nəzərdə tutulmuş oyuqlar aşkarlanıb. Hamamın divarıları ornametlərlə zəngin bəzədilib. Keçmiş zamanlarda hamam yalnız çimmək üçün deyil, həmçinin ünsiyyət qurmaq, sazişlər bağlamaq, köhnə dostlarla görüşmək üçün istiufadə edilib. Köhnə şəhərdə orta əsrlərə aid bir neçə hamam mövcuddur. Bəziləri bu günə qədər fəaliyyət göstərir.
Şərq memarlığının ən önəmli elementlərindən biri də karvan saraylar olub. Elə bir şərq şəhəri yoxdur ki, orada bir neçə karvan saray olmasın. Şərqdən Qərbə gedən ticarət yollarının üzərində onların normal fəaliyyəti üçün əhəmiyyətli olan yüzlərlə karvan saraylar inşa edilib.
Karvan saray dəqiq tərcümədə «karvanlar üçün nəzərdə tutulmuş saray» və ya «ticarət yolunun üzərindəki saray» mənasını verir. Yaxın Şərq və Mərkəzi Asiyada bu adətən yaşayış məntəqələrində yerləşdirilmiş, insan və heyvanlar üçün nəzərdə tutulmuş istirahət yerləri idi. Bütün karvan saraylar iki cür olub: açıq və qapalı. Qapalı karvan saraylar hücum olduğu halda basqını dəf edə biləcək kiçik qalalar şəklində olub. Bu qala divarları ilə əhatə olunmuş bir və ya iki mərtəbəli binalar olub. İçəridə saxlama (anbar) otaqları, at tövlələri və heyvanlar üçün küzlərdən, həmçinin bilavasitə yaşayış otaqları olub.
Açıq karvan saraylar şəhər üçün xarakterik olub. Onlar daha çox at tövləsi və heyvan küzləri olan mehmanxanaları xatırladıb. Bundan əlavə burada çayxana, hamam və səyahətçilər üçün vacib olan digər tikili və müəssisələr yerləşib. Bakıdakı Buxara karvan sarayı açıq tipli karvan saray nümunəsidir. O içəri şəhərdə, Multani karvan sarayı ilə üzbəüz yerləşib. O, XV əsrdə, Şamaxı darvazalarından keçən ticarət yolunun üzərində inşa edilib. Orada Orta Asiyadan, xüsusi ilə Buxaradan olan tacir və səyahətçilər dayanırdı, məhz buna görə də o el arasında Buxara karvan sarayı adlandırılırdı.
Karvan saray kvadrat formadadır. Daxili həyəti istirahət üçün təchiz olub. Burada fərdi yaşamaq üçün hücrələr olub. Binanın bütün perimetri üzrə karvan saraya daha təsirli görünüş verən tağlı alaqapılar yerləşir.
Bakının və xüsusi ilə İçəri Şəhərin ən möhtəşəm və ən sirli yeri Qız Qalasıdır. Azərbaycan dilindən tərcümədə bu qız, xanıma aid bir qala deməkdir. Onun bütün Şərqdə analoqu mövcud deyil və o Bakının qeyri-rəsmi rəmzi hesab edilir. Qalanın hündürlüyü 28 metrdir və o İçəri Şəhərin - köhnə şəhərin ən hündür tikilisidir.
Maraqlıdır ki, Qız Qalası demək olar ki, Xəzərin - dünya okeanı səviyyəsindən 28 metr aşağıda olan bir dənizin sahilində yerləşir. Bu da o deməkdir ki, Qız Qalasının zirvəsinə qalxdıqda, siz dəniz səviyyəsində olursunuz.
Silindrik formada olan qala, qayanın çıxacağında inşa edilib və bir zamanlar onun divarnarını dənizin dalğaları yuyub. Lakin zamanla su 200 metr çəkilib.
Qala boz əhəngdaşı ilə hörülüb, yuxarı tərəfi ensizləşir. Buna görə də aşağı hissənin divarlarının eni 5 metr, yuxarısı isə 4 metrdir. Qız qalasının içərisi 8 yarusa - qata bölünür. Onların hər biri yumru çuxurlu daş qübbə ilə qapanıb. Qalanın ən yuxarısına spiralşəkilli daş pilləkənlərlə qalxmaq mümkün idi. Buradan İçəri Şəhərə və Bakı limanına möhtəşəm mənzərə açılır.
Qız Qalasının divarlarının öz sirləri var. Belə ki, qalada 21 metr dərinliyi olan və bu günə qədər içərisində təmiz şirin suyu olan quyu mövcuddur. Həmçinin qalanın divarlarına çirkab sularının axıdılması üçün gil borular quraşdırılıb.
Qalanın yaşı bu günə qədər tarixi mübahisələrin səbəbidir. Klassik tarixdə onun inşası XII əsrə aid edilir. Qalanın xarici divarında, yerdən 14 metr hündürlükdə olan kufik yazıda belə deyilir: «Davudun oğlu olan Məsudun qübbəsi». Lakin tarixçilər bu nəzər nöqtəsini rədd edir və iddia edirlər ki, bu plitə daha sonra divarlardakı deliyi bağlamaq üçün istifadə edilib. Qalanın tikintisi üçün istifadə olunan əhəng məhlulunu və daşın rəngini öyrənən alimlər ehtimal edir ki, o I əsrdən tez (bu məhlulun istifadəsi ilə inşa edilən ən erkən bina Qəbələdə aşkarlanıb və I əsrə aiddir) və eramızın X əsrindən tez yaranmayıb (belə ki, qalanın və Məhəmməd məscidinin divarlarının inşası üçün istifadə edilən daşlar demək olar ki, eynidir). Nəhayət üçüncülər hesab edir ki, daş hörgünün xarici görüntüsünün müqayisəsindən görünür ki, tikilinin aşağı qatı yuarı qatından xeyli köhnədir, bu da o deməkdir ki, qala iki mərhələyə inşa edilib: abidənin aşağı hissəsi (13,7 m qədər olanı) V - VI əsrlərdə, yuxarı hissəsi isə XII əsrdə tikilib.
Bəs qala nə üçün inşa edilib? O kiçik sahəsinə görə müdafiə üçün demək olar ki, yararsızdır. Ensiz pəncərə oyuqları düşməni dəf etmək üçün nəzərdə tutulmayıb. Çox guman ki, ilkin olaraq qala zərdüştlərin od məbədi kimi inşa edilib: o zamanlar ölüləri basdırmırdılar, meyitlər yırtıcı quşların təqdirinə buraxılırdı. XII əsrdə isə Qız Qalası Şirvanşahların qalaları arasında ən əzəmətlilərindən biri idi. XVIII-XIX əsrlərdə Qız Qalası dəniz məşəli kimi istifadə edilirdi.
«Qız» adı «yenilməz», «ələ keçirilməz» deməkdir. Qalanın sirliliyi onun adı ilə bağlı bir sıra əfsanələrin yaranmasına səbəb olub. Əfsanələrdən birinə görə şah öz qızına aşiq olur və onunla evlənmək qərarına gəlir. Atası ilə gələcək nikahdan dəhşətə gələn və atasını bu fikirdən yayındırmaq istəyən qız ondan qalanı tikməyi istəyir və yalnız ondan sonra razılıq verəcəyinə söz verir. Qala hazır olduqdan sonra belə şah fikrindən dönmür. Onda qız qalanın başına çıxaraq, özünü oradan dənizə atır.
Başqa bir əfsanəyə - incil (bibliya) görə, Qız Qalasının yanında Müqəddəs Varfolomey - İsa Məshin 12 apostolundan biri edam edilib. Bakı ərazisinə Varfolomey eramızın I əsrində bütpərəst tayfalar arasında xristianlığı yaymaq üçün gəlib. Lakin Varfolomeyin nəzəriyyəsi rədd edilib və o Qız Qalasının divarlarının yanında edam edilib. Edam yerində kiçik ibadətgah (kilsə) tikilib. Bu arada o, tamamilə real olub və 1890-ci ildə Qız Qalasının yanında çəkilmiş şəkildə aydın görünür.
Bu gün qalanın içərisində muzey yerləşir. Eksponat qismində qədimi müxəlləfatlar, xalçalar: neftin vedrə ilə quyudan çıxarılması, çayxanada şam yeməyi və s. kimi XVIII - XIX əsrlərin məişətini əks etdirən əyləncəli instalyasiyalar sərgilənir. Burada həmçinin Bakının necə inşa edildiyini və inkişaf tarixini öyrənmək olar.
Qala dəfələrlə bərpa (restavrasiya) edilib. Müasir zamanda o, qalanı əhatə edən ticarət meydanında yerləşir. 2000-ci ildən UNESCO-nun abidələri siyahısına daxil edilib.
Bakının bir sıra memarlıq abidələri Azərbaycanın bütpərəst dövrünə aid edilən qədim binalarının dağıntıları üzərində tikilib. Belə ki, arxeoloqların fikrinə görə, Qız Qalası bütpərəst məbədin yerində inşa edilib. Səbail qəsrinin bünövrəsində həmçinin daha qədim tikililərin fraqmentlərinə rast gəlinir. Eyni kateqoriyaya İçəri Şəhərin ərazisində yerləşən Cümə Məscidini də aid etmək olar.
Cümə Məscidi və ya İçərin Şəhərin ümumi məscidi XII əsrdən fəaliyyət göstərir. Bu məscid 1899-cu ildə Bakı milyonçusu Hacı Şixəli Dadaşovun maliyyəsi ilə tikilib. 1888-ci ildə rus akademiki A.Pavlinov Cümə Məscidinin ölçməsini aparıb. Məscid atəşpərəstlərin məbədinin yerində inşa edilib. Məbədə aid edildiyi ehtimal edilən bu qədimi tikilidən üzlüksüz dörd tağ qalıb. Bir sıra müasir arxeoloqların fikrinə görə Cümə məscidinin yerində atəşpərəstlərin yığışdığı bütpərəstlərin dini mərkəzi olub. XIV əsrdə bütpərəstlərin məbədi məscidə çevrilir. Məscidin üzərində olan yazıda deyilir: «709-cu ilin (1309-cu il) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir». XV əsrdə məscidin şimal tərəfinə əlavə olaraq minarə tikilir. XIX əsrin sonunda köhnə məscid yararsız hala gəlir və onun yerində yenisi - Cümə Məscid inşa edilir. Cümə Məscidin özü böyük deyil. Burada kişilər üçün kiçik zal, qadınlar üçün namaz otaqları mövcüddür. Cümə Məscidin mərkəzindəki dörd sütun üzərində dayanan binanın konusşəkilli günbəzi maraq doğurur.
Qədim Şərq haqqında danışandan ən çox ticarət karvanları ağıla gəlir. Yüzilliklər boyunca Avropa və Şərq ölkələrini bir-birinə Böyük İpək Yolu bağlayıb. Yol boyunca çoxlu karvan saraylar fəaliyyət göstərirdi. Çox vaxt səhranın ortasında yorğun yolçuları gözləyən yalqız duran karvan saraya rast gəlmək olardı. Həmçinin karvan saraylar qızğın ticarət gedən böyük şəhərlərdə də salınırdı.
Hərfi tərcümədə karvan saray - yol üzərindəki saray mənasını verir. Bəzən bu ad reallıqla uyğunlaşmırdı. Bir çox karvan saraylar minimum şəraiti olan sadə, birmərtəbəli kvadrat ya da dördbucaq formada olan tikililərdən ibarət idi. Çox vaxt boş səhralıqdan keçən ticarət yollarının üzərində içərisində yalnız yorğun yolçu və heyvanları içirtmək üçün nəzərdə tutulan su quyusu olan boş divarlara rast gəlmək olardı.
Ancaq yolçular sözün əsl mənasında şahlara layiq kiçik qalalardan ibarət karvan saraylara da rast gələ bilərdi. Bu cür karvan saraylar memarlıqda qapalı adlandırılırdı. Onlar elə inşa edilirdi ki, lazım olan anda hücumu dəf etmək mümkün olsun. Bu qala divarları ilə əhatə olunmuş, bir və ya ikimərtəbəli binalar idi. İçəridə saxlama (anbar) otaqları, at tövlələri və heyvanlar üçün küzlərdən, həmçinin bilavasitə yaşayış otaqları olub.
Şəhərlərdə digər növ - açıq karvan saraylar təqdim edilirdi. Bu daha çox orta əsrlərə aid Avropa mehmanxanalarına bənzəyirdi. Burada at tövlələri, çayxana, hamam və yolçular üçün vacib olan digər tikili və müəssisələr yerləşirdi.
Bakıdakı Multani karvan sarayını nümunə gətirmək olar. O qədim şəhərin - İçəri Şəhərin ərazisində yerləşir. Bu karvan saray XV əsrdə hind tacirləri - Hindistanın Multan şəhərindən (müasir Pakistanın ərazisi) gələn atəşpərəstlər üçün tikilmişdi.
Bir sıra karvan saraylar kimi Multani karvan sarayı da kvadrat formasındadır. Onun içəri həyətində su quyusu yerləşib. Binanın perimetri boyunca fərdi yaşamaq üçün hücrələr yerləşib. Eyni zamanda karvan sarayda at tövlələri və təssərüffat tikililəri olub.
Bu karvan sarayın öyrünilməsi zamanı alimlər aydınlaşdırıblar ki, o daha qədim binanın dağıntıları üzərində inşa edilib. Bu günə qədər qalan Bakı memarlıq abidələrinin əksəriyyəti bu səciyyəvi xüsusiyyətə malikdir.
Tuba-Şahi - Bakının kiçik kəndi olan Mərdəkanda yerləşir. Bu məscid XV əsrdə Tuba Şahi adlı qadının sifarişi ilə inşa edilib və məhz buna görə onun adını daşıyır. Bu ibadətgah yaxşı qalıb və orta əsr klassik Azərbaycan memarlığı nümunəsidir. Məscidin divarları hamar yonulmuş daşdan hörülüb, düzbucaqlı pəncərələr həndəsi naxışlar formasında olan daş barmaqlıqlarla bəzədilib. Fasadın yuxarısı oyma pərvazla bəzədilib. Məscidin portal girişi azca irəli çıxır, üzərində isə tikilinin inşa edildiyi tarix (1481-1482-ci illər) qeyd edilib. Bununla belə onu olduqca təvazökar adlandırmaq olar, çünki zəngin müxəlləfatdan tamamilə məhrum edilib.
Məscidin içində otaqlar və əsas namaz zalı öz aralarında tağşəkilli qübbələrlə ayrılıb. Namaz zalının mərkəzinin yuxarısında üzərində yuxarısı iti qünbəz quraşdırılmış kiçik taraşlı təbil ucalır. Məscidin cənub divarında Məkkəyə istiqamətlənən mehrab var. Həcm və məkanın mükəmməl həndəsi uyğunluluğun sayəsində Tuba-Şahi məscidinin interyeri tam vəhdət kimi qəbul edilir.
Bakıdakı “Jen Mironosits” məbədi 1909-cu ildə rus memarı Fyodor Verjbitskinin layihəsi əsasında inşa edilib. Maliyyəni Çar Rusiyasının Hərbi Nazirliyi ayırıb, əlavə olaraq Hacı Zeynalabdin Tağıyevin şəxsən ianə edib.
Kilsənin adının özəl tarixi var. Kilsə dirilmiş İsa Məsihin qəbirinin yanına onun bədənini ətir və yağlarla məshləmək üçün gələn qadınların adına təqdis edilib. Bakıdakı kafedral kilsənin adı da məhz burdan yaranıb. 1909-cu ildə Kilsə Bakıda mənzillənən 206-cı Salyan piyada alayı üçün tikilib. Sovet hökuməti dpvründə kilsə bağlanır. Burada əvvəl anbarlar, daha sonra isə idman zalı yerləşdirilir. Bu müddət ərzində kilsə yavaş-yavaş məhv olur. 1990-cı ildə yanvar hadisələri nəticəsində zəng qülləsinə iki mərmi düşür, nəticədə binanın bəzi hissələri dağılır.
90-cı illərdə Rus Pravoslav kilsəsinin himayəsi ilə yenidənqurma işlərinə başlanılır. Binanın arxetikturası bərpa edilir. Azərbaycana səfəri zamanı Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixində “Jen Mironosits” məbədini təqdis edir və ona Yeparxiyanın Kafedral Kilsəsi statusunu təqdim edir.
Kilsənin bərpadan sonrakı açılışı 24 mart 2003-cü il tarixində keçirilir.
Kilsə hım də onunla məhşurlaşıb ki, orada Bakının hamisi olmuş Apostol Varfolomeyin müqəddəs nəşinin bir hissəsi və Allahın anasının - «Tikhvin» və «Kaspiy» ikonaları saxlanılır.
XI-XII əsrlərdə Bakı Xəzər dənizi sahilində iri ticarət dəniz limanına çevrilir. Təhlükəsizlik məqsədi ilə Şirvanşahlar sülaləsinin hökmdarları şəhərin istehkam qurğularının gücləndirilməsi üzrə irimiqyaslı tikinti işlərinə başlayır. Şəhərin ətrafında üç cərgəlik qala divarları tikilir, həmçinin dərin xəndək qazılır. Bundan əlavə şəhəri əhatə edən dağlarda siqnal qüllələri və kiçik qalalar şəklində müdafiə binaları inşa edilir. Bütün bu qalalar və qəsrlər şəhərin vahid müdafiə sisteminə daxil olub, bu gün Abşeron yarımadasında yerləşir.
Qala və qəsrlərin inşa tarixi XI-XII əsrlərə aid edilib. Bura Qız Qalası, Mərdəkan qalası, Şıx qalası aiddir. Bu qalalarda əsasən səlcuq türklərinin, monqol və rusların hücumu olacağı təqdirdə şəhərin birinci müdafiə xəttini formalaşdıracaq hərbi qarnizonlar yaşayırdı.
XI-XIV əsrdə Bakı səlcuq türklərinin, monqol və rusların hücumuna məruz qalıb. 1175-ci ildə Axsitan Şirvanşahı o zamanlar mövcud olan qala və qəsrlərin hesabına Bakının 73 gəmi ilə gəlmiş ruslar tərəfindən zəbt edilməsinin qarşısını alır. Müdafiədən başqa, qalalar həm də xəbərdarlıq siqnalı xarakteri daşıyırdı. Düşmənlər şəhərə yaxınlaşdıqda, qalaların başında əhalini xəbərdar etmək üçün neft yandırılırdı.
Bakının müdafiə sisteminə daxil olan qəsrlərdən biri bu gün tamamilə suyun altında qalmış Bayıl qəsridir. Qəsr XIII əsrdə Bayıl körfəzində, şəhərlə üzbəüz tikilib, lakin 1306-cı ildə Xəzər dənizinin səviyyəsi qəflətən qalxır və qəsr suyun altına çəkilir. Qəsr nizamsız düzbucaq formasına malik idi. Onu üzərində 15 qüllə yerləşən 1,5 metr eni olan qala divarları əhatə edirdi. Qalanın yeri elə seçilmişdi ki, Bakını dənizdən edilə biləcək hücumlardan qoruya bilsin.
Qız Qalası həmçinin Bakının müdafiə sisteminə daxil idi, lakin müdafiənin onun əsas funksiyasının olub olmadığını dəqiqliyi ilə alimlər bu günə qədər ayırd edə bilmirlər. Qız Qalası 8 mərtəbədən ibarət formasına görə silindri xatırladan bir binadır. XVIII-XIX əsrlərdə qala dəniz məşəli qismində istifadə edilib.
Bakı yaxınlığında yerləşən Ramana qəsəbəsində XVI əsrə aid daha bir qala - Ramana yerləşir. O ağ daşdan inşa edilib. Qalanın hündürlüyü 15 metrdir. Ramana qalası müdafiə məqsədi ilə Şirvanşahların əmri ilə tikilib. Orta əsrlərdə Ramana qalasından Qız Qalasına yeraltı keçidin olması barədə yazılı sübutlar movcuddur.
Mərdəkan qəsəbəsində daha bir müdafiə qalası - XIV əsrdə Axsitan Şirvanşahının əmrinə əsasən düşmənlər üzərindəki qələbənin şərəfinə Mərdəkan qalası inşa edilib. Qala hərbi qarnizonun yerləşməsi üçün və nəzarət məntəqəsi qismində istifadə edilirdi. Qalanın hündürlüyü 22 metrdir. Həmin qəsəbədə daha bir müdafiə qalası yerləşir - Şıx və ya İşıq Qalası. 16 metr hündürlüyündə olan bu qala 1232-ci ildə nəzarət məntəqəsi kimi inşa edilib.
İçəri Şəhərin şərq divarında «Murad Darvazası» və ya sadəcə Şərq portalı quraşdırılmışdı. O saray tikililəri ansamblına aid olsa da, digərlərindən xeyli gec, Bakı XVI əsrdə türklər tərəfindən zəbt edildikdə qala divarlarına tikilmişdi. Darvaza məhz III Murad türk sultanının şərəfinə belə adlandırılıb.
Şərq memarlıq portalı Şirvanşahlara aid divanxana və məqbərə stilində inşa edilsə də, burada həm də memarlıq sənətinin tənəzzülü aşağı keyfiyyətli daşlar, Azərbaycan ornament sənətinin təmizliyinin pozulmasında hiss edilir. Bu yarımadaya edilən hərbi basqınlarla dolu ağır zamanlara bağlıdır.
«Murad Darvazası» təbrizli memar tərəfindən inşa edilib. Portalın yuxarı hissəsi ərəb dilində yazılmış «Bu bina Ulu Rəcəb Bakuvinin sifarişi əsasında 994-cü ildə (miladi 1585-1586) böyük və ədalətli Sultan III Muradın hökmdarlığı dövründə tikdirilib» yazı var. Hər iki tərəfdən yazı lövhəsi bitki ornamenti ilə bəzədilib. Sarayın digər portallarından fərqli olaraq, bu darvazaya bənzəyən daha geniş giriş oyuğuna malikdir. Ola bilər ki, bu tikili bu günə qədər qalmamış və ya tikilməmiş bir binanın girişi olub.
Şirvanşahlar Sarayı, Bakı
Azərbaycan memarlıq sənətinin əsl xəzinəsi - XV əsrdə inşa edilən Şirvanşahlar hökmdarlarının Saray ansamblıdır (o zamanlar Şirvanşahların iqamətgahı Şamaxıdan Bakıya köçürülür).
Ansambla ikimərtəbəli saray binası, türbə, məscid, divanxana, Seyid Yahya Bakuvi məqbərəsi, hamam, Şərq portalı və Murad Darvazası (XVI əsr) daxildir.
Dənizdən baxanda görünür ki, Saray kompleksi belə desək Bakı təpəsindən pillələrlə enir, yəni üç əsas tikili üç müxtəlif səviyyədə yerləşib. Qamətli portallar və qünbəzlərlə süslənən bu kompleks təkrarolunmaz incə oyuq naxışları, daşların mükəmməl hörgüsü bu gün də bura orta əsr ustalarının əl işlərini izləmək üçün gələnlərin gözünü oxşayır.
«Bakı akropolu», «Köhnə şəhər», «İçəri Şəhər» - bu Bakının tam mərkəzində yerləşən tarixi ansmablı necə adlandırmayıblar. «İçəri Şəhər» - Bakının ürəyidir. Qədimi Bakı məhz burada, təpənin üzərində yaranıb. 1977-ci ildə o tarixi-mədəniyyət qoruğu elan edilib, 2000-ci ildə isə UNESCO-nun Dünya irsi siyahısına daxil olunub.
Adətən İçəri Şəhəri bu günə qədər qalan möhkəm divarlarına görə qala adlandırırlar. İçəri Şəhər ərazisində insanlar hələ tunc dövründə məskunlaşmağa başlayıb, VIII-XI əsrlərdə isə orada tam olaraq əhali yerləşib.
Yarıuçmuş qala divarlarının arxasında bir sıra nadir abidələr qorunub: türbə, divanxana, məscid olan Şirvanşahlar saray kompleksi; «Qız qalası»; məscidlər və minarələr, karvan sarayların və hamamların qalıqları. Köhnə qalanın tikililəri xüsusi xarakterə malikdir. Ərazinin kiçik olmasına görə, binaların divarları bitişik, həyətlər çox balaca, sap kimi incə, dar küçərlər, döngə və dalanlarla ayrılırdı.
XV əsrdə Şirvanşahlar paytaxtı Şamaxıdan Bakıya köçürəndə, İçəri Şəhərdə kütləvi tikintiyə başlanır. Bu dövrdə qalanın incisi - Şirvanşahlar sarayı inşa edilir.
Qeyd etmək lazımdır ki, XVII-XIX əsrlərdə Bakı qala divarlarından kənara çıxmırdı. Burada həm hökmdarların sarayları, həm də yaşayış sahələri - məhəllələri yerləşirdi. 1747-ci ildən 1806-cı ilə qədər burada Bakı xanlığının paytaxtı yerləşir. Yalnız neft bumundan sonra şəhər genişlənməyə başlayır və İçəri Şəhərdən kənara çıxır.
Qala divarının özü də maraq doğurur. Nə vaxtsa Bakıda xəndəklərlə ayrılan iki qala divarı mövcud olub. Lakin XIX əsrdə şəhər sürətlə böyüməyə başladıqda, yaşayış evlərini tikməkm üçün xarici divar sökülür. Yalnız daxili divar qalır. Burada 25 qüllə və 5 darvaza var. Danışırlar ki, hələ XX əsrin 30-cu illərində qalada 900-dən çox bina olub, XXI əsrdə isə onların ancaq yarısı qalıb.
Nəinki İçəri Şəhərdə, bütün Azərbaycanda ən qədim tikili - Sınıqqala məscidi kimi tanınan Məhəmməd (memar Məhəmməd Abu Bəkirin) məsididir. Abidənin yaşı məscidinin girişində quraşdırılmış daş plitənin üzərindəki ərəb dilində yazılmış (eramızın 1078-1079 illəri, Hicri tarixi ilə 471-ci il) məlumatda göstərilib.
Məscid «Sınıqqala» adını XVIII əsrdə, Bakı I Pyotrun qoşunları tərəfindən 1723-cü ildə zəbt edildikdə alıb. Şəhər gəmi silahlarından açılan amansız artilleriya atəşinə tutulur. Nüvələrdən biri Məhəmməd məscidinin minarəsinə düşür və onun yuxarı hissəsini dağıdır, lakin tikilinin özü bu zərbəyə tab gətirir. Nəticədə insanlar onu Sınıqqala - dağıdılmış qala adlandırmağa başlayır. Minarə isə yarıuçmuş halda olsa da, bu günə qədər məscidin üzərində səmaya tərəf ucalır. Məhz bu «Sınıqqala»nı İçəri Şəhərin digər məscidlərindən fərqləndirir.
Bu gün məsciddə ekskursiyaların aparılmasına icazə verilib. Lakin, müsəlman qaydalarına görə, yalnız kişilər üçün. İçəri Şəhərin bütün məscidlərində olduğu kimi burada da giriş insan boyundan daha kiçik olan tağvari alaqapıdan keçir ki, buraya daxil olan hər kəs Allahın qarşısında baş əysin.
Məscid iki səviyyəli tikilidir. Onun qeyri-adi xüsusiyyəti ondan ibarətdir ki, məhrab yarısilindrik formdadır və divarın xarici xəttindən kənara çıxır. İçəridə məscid rəngli şüşələrlə bəzədilmiş yeganə vitraj pəncərə və bir neçə lampanın zəif işığı ilə işıqlandırılır.
Bu yarıəfsanəvi, batmış şəhər-qala, sirrlərin, əfsanə və müəmmalarla əhatələnib. Səbayıl qalası Bakının müdafiə sistemində əsas tikililərdən biri olub. Bu gün o Bakı limanında kiçik bir ada kimi görünür. Bu qala zamanla lap əfsanəvi Atlantida kimi suyun altına çəkilib, baxmayaraq ki, o, əsrlər boyunca Azərbaycanın ən məhşur qalalarından olub.
Amma Atlantidadan fərqli olaraq Səbayıl qalasının mövcud olması faktı birmənalıdır. 1232-35-ci illərdə şirvanşah III Fariburz Bakını dənizdən gələ biləcək təhlükədən qorumaq məqsədi ilə gələcəkdə Səbayıl adlandırılacaq və həmçinin «Səbayıl qalası», «Şəhri Səba», «Şəhri Nau», «Sualtı şəhər» , «Bayıl daşları» kimi tanınacaq bir qalanın tikintisinə başlayır.
Səbayıl qalası Zeynəddin ibn Abu Rəşid Şirvani adlı bir memarın layihəsi əsasında tikilib. Tikilinin xeyli uzadılmış nizamsız düzbucaq (180х40 m) görkəmi var. Tikilinin bünövrəsi ada sahilinin cizgilərini tam təkrarlayıb. Qala divarları 1,5-2 m enində olub, yuxarısında üçü yumru, 12 yarıqapalı olmaqla 15 qüllə ucalır. Qazıntılar zamanı 9 yaşayış otaqlarının bünövrəsi aşkarlanıb. Qalanın qərb divarına uçmuş meydançanın - həm gözətçi qülləsi, həm də dəniz məşəli kimi fəaliyyət göstərən mərkəzi qalanın özülü qalır. Tarixçilər hesab edir ki, burada atəşpərəstlərin ibadətgahı olub.
Səbayıl qalasının bütün yuxarı hissəsi ərəb və fars dillərində yazılar, insan simaları və fantastik heyvanların görüntüləri ilə bəzədilib. Bədii yazının ümumi uzunluğu 400 metrdir. Oxunmuş yazı qalıqlarında tikilinin tarixi - hicri tarixi ilə 632-ci il (1234-1235 illər) və memarın adı ilə bağlı üç fraqment aşkarlanıb. Həmçinin mətndə taclı insan başları ilə ifadə edilmiş şirvanşah Məzyədilər sülaləsinin geneologiyası təqdim edilib. Müxtəlif heyvanların rəsmləri isə bu və ya digər şirvanşahın hökmdarlıq dövrünü əks etdirib.
Bu yazıların bütün Yaxın Şərqdə analoqu mövcud deyil: ilk dəfədir ki, müsəlman abidəsinin üzərində insan və heyvan rəsmlərinə rast gəlinir. Təəssüf ki, qalanın yuxarısı bu gün tam dağıdılıb və yalnız divarın və qüllələrin aşağı hissə qalıb. Bu yazıların bir qismi bu gün Şirvanşahlar sarayının ərazisində saxlanılır.
1306-cı ildə Xəzərin cənubunda baş vermiş güclü zəlzələ və dəniz səviyyəsinin qalxması nəticəsində Səbayıl qalası suyun altına çəkilir. XIV əsrin əvvəlindən XVIII əsrə qədər tikili Xəzər sularının altında qalır. 1723-cü ildə Xəzərin səviyyəsinin düşməsi nəticəsində qalanın qülləsi sudan görünür. Bu gün Bakı sahilindən qalanın yalnız kiçik hissəsini görmək mümkündür.
76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53
E-mail: office@aittravel.com
Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.