AIT LLC YERLİ VƏ XARİCİ ŞİRKƏTLƏRƏ TURİZM VƏ İŞGÜZAR SƏFƏRLƏR SAHƏSİNDƏ XİDMƏT TƏQDİM EDƏN ÖZƏL ŞİRKƏTDİR
1990-cı ildə İnturist Ümumittifaq Cəmiyyəti bazasında yaradılmış AIT LLC, bu gün beynəlxalq standartlarla çalışan premium səviyyəli şirkətdir. Bizim fəlsəfəmiz - müasir texnologiya və çoxillik təcrübə əsasında müştəriyə ən yüksək keyfiyyətli xidmət təqdim etməkdir. 1997-ci ildən etibarən İATA-ya üzv olmağımız bizə inkişaf üçün daha geniş imkanlar və göstərdiyimiz xidmət səviyyəsini artırmağa şərait yaratdı.
Dünya şöhrətli Thomas Cook Worldwide Network UK (1998-1999) şəbəkəsi ilə tərəfdaşlıq və nümayəndəlik bizə beynəlxalq səviyyəli turizm şirkəti olmağa imkan verdi. Thomas Cook ilə tərəfdaşlıq və müştərilərə unikal travel məhsullarını təqdim etməyimiz bizə bu günə qədər tətbiq etdiyimiz misilsiz təcrübə və bilik verdi.
2000-ci ildə biz korporativ müştərilərə xidmətlərin göstərilməsi üzrə dünyanın ən aparıcı şirkətlərindən biri olan Business Travel International (BTI) qlobal şəbəkəsinin bir hissəsi olduq. 2007-ci ildə BTI səhmdarları şirkətin rebrendingi haqqında qərar verir və ondan sonra şirkətimiz HRG Azerbaijan (Hogg Robinson Group) kimi tanınır. Müştəri tələblərinin tam ödənilməsinə yönələn, dünyanın 120-dən çox ölkəsində 3000 nümayəndəliyi olan HRG şəbəkəsi geniş xidmət spektri və alətlərini təqdim edir.
Uzun illik təcrübəsi dövründə şirkət bir sıra mükafatlara, o cümlədən “UGUR” Milli mükafatına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin mükafatlarına, aviaşirkətlərin və digər təchizatçıların çoxsaylı mükafatlarına layiq görülüb.
2006-cı ildə şirkət ISO 9001-2000 keyfiyyət sertifikatını alıb.
Azərbaycan gəncləri gününü
Xocalı soyqırımı günü
Beynəlxalq Qadınlar günü
Novruz Bayramı
76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Tel: (+99450) 250 88 48
Faks: (+99412) 493 72 53
E-mail: office@aittravel.com
Bizim qaynar xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.